SON XƏBƏRLƏR

Amerikada iranlı sanksiyaları pozduğu üçün həbs edildi

2023.02.10, 12:25
Amerikada iranlı sanksiyaları pozduğu üçün həbs edildi

Gunaz.tv

Bruklin Federal Məhkəməsi Kambiz Əttar Kaşanini Amerika malları və texnologiyalarını İrana qeyri-qanuni yolla ixrac etməyə cəhddə ittiham edərək 30 ay həbs cəzasına məhkum edib.

Amerika Birləşmiş Ştatlarının Ədliyyə Nazirliyi fevralın 9-da elan edib ki, ötən ilin iyul ayında törətdiyi cinayəti etiraf edən Kambiz Əttar Kaşani Birləşmiş Ştatlar Dairə Məhkəməsinin hakiminin araşdırmalarından sonra həbs cəzasına və 50 min dollar da cərimə ödəməyə məhkum edilib.

Kaşaninin beynəlxalq terrorizmi dəstəkləyən bir ölkə olan İrana qarşı ixrac məhdudiyyətlərinə və sanksiyalarına qarşı çıxmaqla ABŞ-ın xarici siyasətini və milli təhlükəsizliyini sarsıtmağa çalışdığı bildirilir.

Kambiz Əttar Kaşani Birləşmiş Ərəb Əmirliklərinin iki şirkətinin köməyi ilə bir neçə Amerika texnologiya şirkətindən avadanlıqlar alıb, böyük gəlirlə İran qurumlarına satmağı planlaşdırırdı.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar