SON XƏBƏRLƏR

Amerikadan İranın neft şirkətlərinə qarşı yeni sanksiya

2023.02.10, 14:14
Amerikadan İranın neft şirkətlərinə qarşı yeni sanksiya

Gunaz.tv

Bu barədə Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyi açıqlama yayıb.

Açıqlamaya görə, İranda yerləşən altı neft-kimya istehsalı şirkəti, Malayziya və Sinqapurda yerləşən üç şirkət “Trilliance” adından İranın məhsullarının satışı və daşınmasında fəallıq göstərib.

“ABŞ-ın sanksiyalarını pozan İran getdikcə daha çox neft məhsullarının satışı üçün Şərqi Asiyada alıcılara müraciət edir.

Amerika Tehranın qeyri-qanuni gəlir mənbələrini hədəf almaqda diqqətini artıtır və bu ticarətə bilərəkdən yardım edənlərə qarşı sanksiyalar tətbiq etməyə davam edəcək”, - ABŞ Maliyyə Nazirliyinin terrorizm və maliyyə kəşfiyyatı üzrə köməkçisi Brayan Nelson deyib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar