SON XƏBƏRLƏR

Amerikalı alimdən xəbərdarlıq - Dağıdıcı fəlakət yaxınlaşır

2021.11.05, 08:29
Amerikalı alimdən xəbərdarlıq - Dağıdıcı fəlakət yaxınlaşır

Gunaz.tv

Bu barədə amerikalı alim Piter Qleyk bildirib.

O qeyd edib ki, temperaturun yüksəlməsi su ehtiyatlarının istehlakını artırır.

"Çənlərimizdəki maye daha tez buxarlanır. Əkinləri suvarmaq üçün getdikcə daha çox suya ehtiyac var", - mütəxəssis bildirib.

Onun sözlərinə görə, iqlim tsiklinin dəyişməsi ilə bağlı proqnozlar özünü doğrultmağa başlayır, belə ki, bu prosesin təbiətə təsiri artacaq.

Qleyk təəssüflə qeyd edib ki, siyasətçilər əvvəllər çoxdan gözlənilən kataklizmlər barədə xəbərdarlıq edən alimlərə məhəl qoymayıblar.

"Əgər daha əvvəl reaksiya verilsəydi, qlobal istiləşmənin təsirlərini yumşaltmaq mümkün olardı", - Qleyk əlavə edib. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar