SON XƏBƏRLƏR

Amerikalı senator Səid Xətibzadəni “İranın terrorçu rejiminin sözçüsü” adlandırdı

2021.11.03, 10:24
Amerikalı senator Səid Xətibzadəni “İranın terrorçu rejiminin sözçüsü” adlandırdı

Gunaz.tv

Səid Xətibzadə noyabrın 1-də mediaya açıqlamasında Amerika hökumətini “yaramaz” adlandıraraq, Vyanada İranla imzalanacaq mümkün hər hansı yeni bir nüvə razılaşmasında Amerika Birləşmiş Ştatlarının öz prezidentinin imzasının etibarlı sayılması barədə zəmanət verməsini tələb etmişdi. 


“ABŞ prezidenti imzasının etibarlı sayıldığını dünya birliyinə inandırmalıdır. Bunun üçün konkret və obyektiv zəmanətlər verilməlidir, başqa heç nə qəbul edilməyəcək”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirmişdi.


Noyabrın 2-də “Twitter” hesabında etdiyi paylaşımında Səid Xətibzadəni “İranın terrorçu rejiminin sözçüsü” adlandıran senator Ted Cruz deyib ki, Amerikanın növbəti prezidenti Respublikaçılar Partiyasından olacaq və o Amerikanı Konqresin razılığı olmadan İranla İmzalanacaq hər hansı bir sazişdən yenidən çıxaracaq.


“Terrorçu İran rejiminin sözçüsü elə bilir ki, konstitusiyayanın icra olunması ilə Amerika yaramaz bir ölkəyə çevriləcək. Lakin o bilməlidir ki, bizim prezidentimiz ayətullah (Xamneyi-red) deyil və o öz siyasi müxaliflərini həbsə sala və qətlə yetirə bilməz. 


Bəli, əlbəttə ki, Respublikaçılar Partiyasından olan bir prezident gələcəkdə İranla müqavilə şəklində tənzimlənməyən hər istənilən razılaşmanı cırıb atacaq”, -deyə ABŞ-ın Rspublikaçılar Partiyasından olan senator Ted Cruz “Twitter” hesabında etdiyi paylaşımında bildirib.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar