SON XƏBƏRLƏR

Amerikalı senatorlar Bayden hökumətini İrana qarşı sərt tədbirlər görməyə çağırıb

2022.03.17, 03:19
Amerikalı senatorlar Bayden hökumətini İrana qarşı sərt tədbirlər görməyə çağırıb

Gunaz.tv

Senatın Xarici Əlaqələr Komitəsinin sədri, demokrat senator Bob Menendez, Bayden administrasiyasını nüvə danışıqlarını canlandırmaq səylərinə görə tənqid edib, İranın nüvə proqramını inkişaf etdirmək üçün səylərini artırdığını qeyd edib.

“İran təhlükəli nüvə proqramını davam etdirməklə yanaşı danışıqların gecikdirilməsi üçün bütün bəhanələrdən istifadə edir. Bununla yanaşı İran özünün həqiqi üzünü göstərməyə, balistik raket layihələrini gəlişdirməyə davam edir”-deyə, senator bildirib.

Başqa senator Ted Kruzda Bayden hökumətinin İranla razılaşma meyillərini sərt tənqid edib və deyib ki, Amerika hökumətinin 2015-ci ildəki razılaşmadan daha zəif bir anlaşmanın əldə edilməsinə çalışması qəbul edilməzdir.

O, Amerika prezidentini Putin və Ayətullahlar qarşısında təslim olmağa bərabər saziş imzalamağa hazır olmaqda günahlandırıb.

“Bayden administrasiyası bir tərəfdən Putini boykot etmək istəyir, başqa tərəfdən isə İranla razılaşma yolu ilə ona daimi maliyyə qaynağı yol açır”-deyə, Kruz qeyd edib.

Qeyd edək ki, senatorların qatıldığı toplantıda İrana müxalif təşkilatlarla yanaşı Ukraynalı nümayəndələrdə iştirak edib və Rusiyanın Ukraynaya qarşı təcavüzü barədə fikirlərini bölüşüblər.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar