SON XƏBƏRLƏR

"Nüvə danışıqlarında razılığa gəlməyə bilərik"-Amerikanın BMT-dəki nümayəndəsi

2022.05.05, 08:55
"Nüvə danışıqlarında razılığa gəlməyə bilərik"-Amerikanın BMT-dəki nümayəndəsi

Gunaz.tv

“Qarşıda görüləsi çox iş var. Hələlik heç bir razılaşma əldə olunmayıb. Razılaşmanın əldə edilməyəcəyi ehtimalı yüksəkdir”-deyə, o, jurnalistlərin sualına cavab olaraq bildirib.

O, danışıqların nəticə verməyəcəyi təqdirdə və diplomatiyanın işə yaramayacağı halda İrana basqıları artırmaq üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlığı sıxlaşdıracaqlarını qeyd edib.

Qərb diplomatları deyirlər ki, avropalılar Vyana danışıqlarında çıxılmaz vəziyyəti yaxşılaşdırmaq və İranla nüvə razılaşmasını xilas etmək üçün son cəhd olaraq Avropa Birliyinin baş müzakirəçisi Enrike Moranın İran rəsmiləri ilə görüşmək üçün yenidən Tehrana səfər etməsini istəyiblər. 

Qeyd edək ki, İran nüvə danışıqlarının davam etdirilməsi və razılığın əldə olunması üçün İnqilab keşikçiləri Korpusunun adının terrorçu qruplar siyahısından çıxarılması şərtini irəli sürüb.

Bu, Amerikanın bir çox siyasətçiləri, bəzi ölkələrin rəsmiləri və bir sıra iranlı siyasi və mədəni fəallar tərəfindən kəskin reaksiyalarla qarşılanıb.  

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar