SON XƏBƏRLƏR

Amerikanın dəniz qüvvələri külli miqdarda narkotik maddə daşıyan 5 İran dənizçisini ölümdən qurtarıb

2021.12.17, 13:58
Amerikanın dəniz qüvvələri külli miqdarda narkotik maddə daşıyan 5 İran dənizçisini ölümdən qurtarıb

Gunaz.tv

Bu barədə Amerikanın körfəzdəki dəniz qüvvələri dekabrın 16-da bəyanat yayıb.

Bildirilir ki, hadisə dekabrın 14-də Omana yaxın beynəlxalq sularda Amerika dəniz qüvvələri bölgədə reyd keçirərkən İran gəmisini şübhəli qismində saxladığı zaman baş verib.

Amerika dəniz qüvvələri bildirirlər ki, onlar İran gəmisini saxladıqdan sonra gəmidə yoxlama aparmaq istəyərkən iranlı dənizçilərdən birinin gəminin göyərtəsinə alovlandırıcı maye tökdüyünü görüblər.

Qeyd edilir ki, gəmidə partlayış və yanğın verməsinin ardınca Amerikalı qüvvələr 5 iranlı dənizçini ölümdən qurtarıblar, bədən xəsarəti alan daha iki iranlı dənizçini də müalicə almaları üçün Omanın tibb mərkəzlərinə köçürüblər.

Bəyanatda qeyd edilir ki, Amerika dəniz qüvvələri İran rejiminə məxsus gəmidə yoxlama apararkən ümumi dəyəri 14,7 milyon dollar olan 1745 kiloqramdan çox həşiş, 30 kiloqram heroin və 500 kiloqram metamfetamin aşkarlayaraq götürüblər.  

Bildirilir ki, İran gəmisində partlayış və yanğın baş verməsindən sonra iranlı dənizçilərdən birinin taleyindən xəbər yoxdur. 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar