SON XƏBƏRLƏR

Amerikanın dövlət katibi bir daha SEPAH-ın terror təşkilatı olduğunu deyib

2022.04.07, 12:23
Amerikanın dövlət katibi bir daha SEPAH-ın terror təşkilatı olduğunu deyib

Gunaz.tv

O, bu qurumun terror təşkilatları siyahısından mümkün çıxarılması ilə bağlı suala cavabında nüvə müzakirələrinin detallarını açıqlamadan anlaşmanın dirçəldilməsinə nikbin baxmadığını bildirib.

Dövlət katibi daha sonra müzakirələr üçün bu qədər səylərin göstərilməsinə baxmayaraq, istədikləri nöqtəyə gəlib çıxa bilmədiklərini söyləyib.

Bir neçə gün öncə Amerika konqresmenləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısından çıxarılmasının qarşısının alınması üçün layihə hazırlayıblar.

Amerika Konqresinin respublikaçı üzvlərinin hazırladığı layihə Bayden hökumətinin SEPAH-ı terror təşkilatları siyahısından çıxarılmasının qarşısının alınması məqsədi ilə tərtib edilib.

"Terrorizmi dəstəkləyənlər tərəfindən terroristlərlə bərabərliyin qarşısının alınması haqqında qanun" layihəsi SEPAH-ın terror təşkilatları siyahısından çıxarılması ehtimalına qarşı Konqresin təsdiqi ilə şərtləndirir.

Sözügedən qanun layihəsi Amerika Nümayəndələr Palatasının iki respublikaçı üzvü Brayan Mast və Skot Perri tərəfindən martın 4-də irəli sürülüb.

Qeyd edək ki, İran hökuməti nüvə anlaşmasının canlandırılması üçün Sepah-ın adının terror təşkilatları siyahısından çıxarılması şərtini irəli sürüb. Ancaq bu şərt Qərb ölkələri və Amerikanın respublikaçı konqresmenləri tərəfindən kəskin etirazlarla qarşılanıb. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar