Amerikanın Əsəd rejimi, İran, Rusiya və digər hamilərinə qarşı yeni sanksiyaları qüvvəyə minir

2020-06-17 17:11

Amerika Birləşmiş Ştatlarının Bəşər Əsəd rejimi və onun müttəfiqlərinə qarşı qəbul etdiyi yeni sanksiyalar bu gündən qüvvəyə minir.

Gunaz.tv Quote | Gunaz article

Yeni embarqolar Suriyanın böyük hissəsini öz nəzarətinə alan Bəşər Əsəd rejimi, habelə onun İran, Rusiya və Hizbullah kimi müttəfiqlərinin maddi mənfəət əldə etmələlərinin qarşısını almaq məqsədi güdür. 


ABŞ və Avropa İttifaqı əvvəllər də rəsmi Dəməşqə qarşı sanksiyalar qəbul ediblər. Lakin bu dəfə Vaşinqton sanksiya siyahısını Bəşər Əsədlə ticari əlaqələr qurmaq istəyən fiziki və hüquqi şəxslərə qədər uzatmağı hədəfləyib. 


Yeni sanksiyalar 2014-cu ildə Əsəd rejiminin həbsxanalarında insanların işgəncə edilməsi və qətlə yetirilməsinə dair minlərlə fotonu ölkə xaricinə çıxaran fotoqrafın kod adına uyğun olaraq, "Sezar Aktı" adlandırılıb. 

Sanksiyalar Əsəd rejimi ilə yanaşı, müddəaları pozulduğu təqdirdə, İran, Rusiya, Çin,Livan Hizbullahı, Livan, İraq, İordaniya və digər Suriya rejimi ilə əlaqələrini genişləndirmək niyyəti olan digər bu kimi region ölkələrinə qarşı da tətbiq edilə bilər. 


ABŞ-ın BMT yanındakı səfiri Kelli Kraft sanksiyalara bildirdiyi münasibətdə Əsəd hökumətinin BMT-nin istədiyi formada danışıqlar aparmaqla birlikdə Təhlükəsizlik Şurasının atəşkəs çağırışına müsbət cavab verməsi, demokratik seçkilər keçirməsi və siyasi keçid yolunu təmin etməsinin zərurətini bir daha vurğulayıb. 


ABŞ-ın Senatorlar Palatası dekabr ayında bu ölkənin müdafiə büdcəsini təsdiqləyəndə suriyalı sivillərin etirazlarını yatıran zaman onları qətliam etdikləri üçün Əsəd rejimi, İran və Rusiyaya qarşı sanksiyaların qəbul edilməsinə icazə vermişdi. O əsnada "Sezar Aktı" da müdafiə xərclərinə əlavə edilmişdi. 


Bu aktla ABŞ hökuməti Əsəd rejiminə maliyyə, eləcə də məhsul və texnoloji avadanlıqlarla yardım göstərən İran və Rusiya kimi ölkələrlə yanaşı, müxtəlif şəxslər və qruplara qarşı sanksiya tətbiq edə biləcək.


Yeni sanksiyaların ağır iqtisadi vəziyyətdə olan Əsəd rejimini daha da acınacaqlı vəziyyətə salacağı gözlənilir.


Rusiya və Çin rəsmi olaraq sanksiyalara bildirdikləri münasibətdə bu addımı kəskin pisləyiblər. 


Digər tərəfdən, analitiklər "Sezar Aktı"nın bu günə qədər Suriyaya qarşı qəbul edilmiş ən sərt sanksiya və müharibəyə ən yaxın vəziyyət kimi dəyərləndirirlər. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Minu Mohrəz: “Koronavirus mutasiya edib. Payızda vəziyyətimiz daha pisləşəcək”

2020-08-09

gun az article

İranda xristianlığı qəbul edən daha 4 nəfər həbsə məhkum edilib

2020-08-09

gun az article

İranın Kirmanşah əyalətində 5.1 bal gücündə zəlzələ baş verib

2020-08-09

gun az article

İranda daha 163 nəfər koronavirusdan ölüb, 2020 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-08-09

gun az article

Əlbürz əyalətində daha 7 nəfər koronavirusdan vəfat edib. İnfeksiyadan ölənlərin sayı 804 nəfərə çatıb

2020-08-09

gun az article

GünazTV Aug.08.2020: “ İran , Çin və Rusiya Amerikadakı seçkilərə müdaxilə etmək üçün fəaliyyətdədir”

2020-08-08

gun az article

Amerika İran, Rusiya və Çinin prezident seçkilərinə müdaxilə ehtimalı ilə bağlı xəbərdarlıq yayıb

2020-08-08

gun az article

İranın Kiş adasının imam-cüməsi koronavirusdan ölüb

2020-08-08

gun az article

İranda daha 2125 nəfər koronavirusa yoluxub, 132 xəstə vəfat edib

2020-08-08

gun az article

Tramp: "Seçkilərdən qalib gəlsəm, tez bir zamanda İranla razılaşma əldə ediləcək"

2020-08-08

gun az article

Tehranda ərəb ata və qız güllələnərək qətlə yetirilib

2020-08-08

gun az article

GünazTV Aug.07.2020: Makronun Beyrutu ziyarət sırasında Hizbullah əleyhinə şüarlar səsləndirildi

2020-08-07

gun az article

GünazTV Aug.07.2020: “Coronavirus üçün peyvənd 3 Noyabırdan əvvəl bazarda ola bilər!”

2020-08-07

gun az article

İran B.Hukun isefasına reaksiya verdi: “ABŞ-ın maksimum təzyiq kampaniyası məğlubiyyətə uğrayıb”

2020-08-07

gun az article

İranın Sərgəz şəhərində 4.8 bal gücündə zəlzələ olub

2020-08-07

gun az article

İranda daha 156 nəfər koronavirusdan ölüb, 2450 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-08-07

gun az article

Abbas Musavi: "İran Livanla Beyrut limanının yenidən qurulması üçün əməkdaşlığa hazırdır"

2020-08-07

gun az article

ABŞ Dövlət Departamentinin İran üzrə məsulu Brayan Huk istefa verib

2020-08-07

gun az article

Kelli Kraft: "İran rejimi dünyada 1 nömrəli terror himayəçisidir"

2020-08-07

gun az article

İranın Kərəc şəhərində daha 9 bəhai həbsə məhkum edilib

2020-08-07