SON XƏBƏRLƏR

Amerikalı generaldan İranın terror hücumları ilə bağlı xəbərdarlıq

2022.07.22, 03:18
Amerikalı generaldan İranın terror hücumları ilə bağlı xəbərdarlıq

Gunaz.tv

General bildirib ki, regionda gərginlik artdıqca, İranın dəstəklədiyi silahlı qruplaşmalar Amerika və onun müttəfiqlərinin maraqlarına hücum edə və bu, Yaxın Şərqdə yeni münaqişəyə səbəb ola bilər.

General Aleksos Qrinkoviç iyulun 21-də Qətərdəki Əl-Adeed aviabazasında yeni məsuliyyətini qəbul etməzdən əvvəl jurnalistlərlə söhbətində Çin və Rusiyanın Yaxın Şərqdəki iqtisadi və hərbi təsirindən narahatlığını ifadə edib.

"Amerika kəşfiyyat orqanlarının İranın Ukrayna müharibəsində istifadə etmək üçün Rusiyaya pilotsuz təyyarələr göndərməyi planlaşdırdığına dair hesabatı təəccüblü olmasada, narahatedicidir"-deyə, o bildirib.

Amerikalı general İranın nüvə proqramına işarə edərək, onun sürətli inkişafını gərginliyin artmasına səbəb hesab edib və bu yöndəki danışıqların dalana dirəndiyini deyib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar