SON XƏBƏRLƏR

Merkel: “Avropa hələ ki, İrana hansı formada reaksiya verməklə bağlı qəti qərara gəlməyib”

2021.10.20, 07:36
Merkel: “Avropa hələ ki, İrana hansı formada reaksiya verməklə bağlı qəti qərara gəlməyib”

Gunaz.tv

GünAz TV: Almaniyanın Baş kansleri Angela Merkel Avropanın İranın uranın zənginləşdirilməsi və mütərəqqi sentrifuqalardan istifadəyə dair atdığı son addımlara qarşı hansı formada reaksiya verməklə bağlı hələ ki, qərara gəlmədiyini deyib.

 

O, ötən gün Natonun baş katibi ilə birgə keçirdiyi mətbuat konfransı zamanı Tehranın bu addımlarının vəziyyəti daha da çətinləşdirdiyini deyib.

 

Qeyd etmək lazımdır ki, İran öz nüvə öhdəliklərini azaltmaq istiqamətində atdığı 4-cü addım nəticəsində Fordo Nüvə Kompleksində uranın zənginləşdirilməsi üçün mütərəqqi sentrifuqalardan istifadə etməyə başlayıb.

 

İran Atom Enerjisi Təşkilatı şənbə gününə qədər artıq uranı 5% nisbətində zənginləşdirəcəklərini bəyan edib.

 

Rəsmi Tehran bu addımları Avropanın nüvə razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliklərə “əməl etməməsi” ilə əlaqələndirir. Prezident Həsən Ruhani Avropa ölkələrinin şərtlərə əməl etdikləri təqdirdə, atdıqları hər 4 addımın icrasını dayandıracaqlarını bəyan edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar