SON XƏBƏRLƏR

Meşginşəhrdə antik əşyalar tapılıb

2021.10.20, 07:36
Meşginşəhrdə antik əşyalar tapılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Meşginşəhr (Xiyav) şəhərində 10 ədəd tarixi və antik əşya tapılıb.


Bu barədə Meşginşəhr Şəhər Polis İdarəsinin rəisi polkovnik Keyvan Zərrinkolah fevralın 4-də jurnalistlərə məlumat verib.

“Verilən məlumatlar əsasında Namaz meydanında yerləşən bir evdə antik əşyaların saxlandığı məlum oldu. Bundan sonra məhkəməyə xəbər verildi. Polis qanuni şəkildə tarixi əşyaların saxlandığı evə müraciət etdi. Evdə axtarış aparılarkən xəncər, ox başı, saxsı qab, metal kasa, boyun lövhəsi və kiçik daşlardan ibarət 10 tarixi əşya aşkar edildi.”- deyə o bildirib.


Keyvan Zərrinkolahın sözlərinə görə, tarixi əşyaların qaçaqmalçılığı ilə məşğul olan şəxs saxlanılaraq məhkəməyə göndərilib.


Polis İdarəsinin rəisi qeyd edib ki, Mədəni İrs İdarəsinin ekspertləri antik əsərlərın eradan əvvələ aid olduğunu bildirib.


Ərdəbil Əyalətində yerləşən Meşginşəhrin “Şəhər yeri”, “köhnə qala”, qədim hamamlar, “Qanlı bulaq” karvansarası və s. kimi onlarla tarixi əsəri var. Meşginşəhr məntəqəsində vaxtaşırı antik əşyalar tapılır.


N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar