SON XƏBƏRLƏR

Meşginşəhrin 11 su terapiyası kompleksi bağlanılıb

2021.10.20, 07:36
Meşginşəhrin 11 su terapiyası kompleksi bağlanılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda hökm sürən iqtisadi tənəzzül su terapiyası komplekslərindən də yan keçməyib, məntəqənin 11 su terapiyası kompleksi su pulunu ödəyə bilmədiyi üçün bağlanıb.

 

Bu barədə Meşginşəhr (Xiyav) prokuroru Tahir Rəsuli jurnalistlərin qarşısında çıxış zamanı məlumat verib.

“Ərdəbil Əyalətinin Məntəqə Su Şirkətinin şikayəti əsasında Meşginşəhrdə 11 su terapiyası kompleksi möhürlənib. Buna səbəb sahibkarların şirkətə su pulunu ödəməməsidir”- deyə o bildirib.

 

Prokuror ötən il bu barədə Ərdəbil Ədliyyə Şöbəsi rəisinin iştirakı ilə keçirilən iclasda qərar qəbul olunduğunu da diqqətə çatdırıb.

“Ötən il Məntəqə Su Şirkətinin tələbi əsasında prokurorluq sahibkarlarla birgə iclas keçirdi. Su pulu ilə bağlı razılıq əldə olunduqdan sonra məsələyə Ərdəbil Ədliyyə Şöbəsi rəisinin sədrliyi ilə Beytülmalı Qoruyan Şurada baxıldı. İclasda ekspertlər komitəsinin yaranması haqda da qərar qəbul olundu, həmin komitə sonralar su terapiyası kompleksləri üçün saniyyədə 25 milyon tümən su pulu təyin etdi. Bu məbləğ digər şəhərlərdə təxminən 100 milyon tüməndən ibarətdir. Lakin sahibkarlar həmin məbləği də ödəməkdən imtina edir. Onlar şirkətin şifahi və yazılı xəbərdarlıqlarına da məhəl qomadıqları üçün nəhayət prokurorluq tərəfindən bağlanıldı. Təbii ki, gələcəkdə də istənilən sui-istifadəyə qarşı lazımi tədbirlər alınacaq”- deyə o vurğulayıb.

 

Qeyd edək ki, son zamanlar Güney Azərbaycanda ciddi iqtisadi tənəzzül dövrü yaşanır. Bundan dolayı bir çox sənaye və istehsal müəssisəsi öz fəaliyyətini məhdudlaşdırır və ya ümumiyyətlə fəaliyyətini dayandırır. Bu proses bölgədə işsizlər ordusunun sıralarını günü-gündən genişləndirir, nəticədə bir çox ailə doğma şəhər və kəndini tərk edərək İranın digər bölgələrinə köçür. Bəziləri isə minimum maaş və ən ağır şərtlər altında işləməyə məcbur qalır. Bu vəziyyət uzun illərdir davam edir… .

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar