SON XƏBƏRLƏR

Məşhəd-Təbriz sərnişin təyyarəsinin eniş zamanı 3 təkəri partlayıb

2021.10.20, 07:36
Məşhəd-Təbriz sərnişin təyyarəsinin eniş zamanı 3 təkəri partlayıb

Gunaz.tv

GünAzTV: İranda “ATA Air” aviaşirkətinə məxsus Məşhəd-Təbriz sərnişin təyyarəsinin 3 təkəri partlayıb. Bu barədə, Şərqi Azərbaycan əyalətinin hava limanlarının baş direktoru Mustafa Səfayi yanvarın 4-də jurnalistlərə açıqlama verib.

 

Səfayinin dediyinə görə, hadisə yanvarın 3-ü, yerli vaxtla axşam saat 21:10-da Təbrizin “Şəhid Mədəni” hava limanında baş verib. Məşhəddən Təbrizə uçan sərnişin təyyarəsinin 3 təkəri eniş zamanı naməlum səbəblərə görə partlayıb. Bildirilir ki, təyyarənin 3 təkərinin partlamasına baxmayaraq, pilot hər hansı bir faciə baş vermədən, təyyarəni çətinliklə də olsa yerə endirə bilib.

 

Eniş zamanı, təyyarənin göyərtəsində olan sərnişinlərdən heç kəsin bədən xəsarət almadığı bildirilir. Faktla bağlı hadisənin səbəbləri araşdırılır.

 

Qeyd edək ki, İranın əksər sərnişin təyyarələri artıq çoxdan sıradan çıxmış və bəzən 1979-cu ildən əvvəl keçmiş şah hakimiyyəti dövründə Qərb ölkələrindən alınmış köhnə təyyarələrdir. Amerikanın rəsmi Tehrana qarşı tətbiq etdiyi sanksiyalara görə, İran Qərb ölkələrindən yeni təyyarələr və ya onların ehtiyat hissələrini ala bilmir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar