SON XƏBƏRLƏR

Məşhədin Vəkilabad zindanında daha 1 məhkum edam edilib

2021.10.20, 07:36
Məşhədin Vəkilabad zindanında daha 1 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq ölüm cəzasına məhkum edilmiş daha 1 nəfər edam edilib. Hökm bir həftə əvvəl icra edilsə də, bu barədə xəbər yenicə yayılıb.

 

 İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, beş il əvvəl naməlum səbəbə görə 70 yaşlı bir kişini qətlə yetirən və həmin vaxtdan həbsdə saxlanılan məhkum Nadir Hüseyni fevralın 29-u sübh saatlarında Məşhədin Vəkilabad zindanında dara çəkilib.

 

 Edam edilən məhkumun məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar