Məsih Əlinejad: “İran hakimiyyəti məni susdura bilməyəcək”

2021-07-15 12:34

Nyu-Yorkda yaşayan İran əsilli jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejad iyulun 14-də "Azadlıq" rRadiosunun fars redaksiyasına açıqlamasında İran kəşfiyyatının onu oğurlayıb ölkəyə qaytarmaqla bağlı uğursuz cəhdindən danışıb.

Gunaz.tv Quote | Gunaz article


O deyib ki, İran rejiminin ona çoxdan qarşı hazırladığı məkrli planı onun həyatının istiqamətini dəyişdirə, onun İran rejiminin ölkədə törətdiyi cinayətləri ifşa etməsi ilə bağlı jurnalist fəaliyyətinə təsir göstərə bilməyəcək.


“Bir daha bildirirəm ki, İran hakimiyyəti bu kimi əməlləri ilə nəinki məni qorxuda, susdura bilməyəcək, əksinə məni tutub getdiyim yolda daha möhkəm və iradəli addım atmağıma yardım edəcək.


Amerikanın federal polisi “FTB” hələ 8 ay əvvəl İran rejiminin mənə qarşı məkrli plan hazırlamaqda olduğu barədə xəbərdarlıq etmiş, həmin müddətdə izimə düşən islam respublikası agentlərinin hərəkətlərini öyrənmək üçün bir neçə dəfə məni müxtəlif təhlükəsiz evlərə köçürmüşdü.


Lakin buna baxmayaraq, İran kəşfiyyatı bir neçə yerli muzdlunun köməyi ilə yenə mənim qaldığım yeri öyrənə bilmişdi. 


İndi isə bəlli olub ki, təhlükəli bir virusa bənzəyən İran rejimi və onun kəşfiyyatı məndən başqa, digər ölkələrdə yaşayan bir sıra müxalif iranlıları da hədəfə almışdı.


Mən isə üzümü Qərb ölkələrinə tutub deyirəm ki, belə bir rejimlə müzakirə aparmaq, həm İran xalqının mənafeyinə, həm də dünyanın digər ölkələrinin milli təhlükəsizlik və maraqlarına qarşı zidd addımdır”, -deyə jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejad bildirib.


Məsih Əlinejad həmçinin “İnstagram” səhifəsində məsələ ilə bağlı bəyanat yayaraq, İran rejiminin son 43 ildə dünyanın müxtəlif ölkələrində yaşayan yüzlərlə müxalif iranlı jurnalist, siyasi fəal və ziyalını təhdid etdiyini və ya qətlə yetirdiyini bəyan edib.


“Hesab edirəm ki, dini və hərbi bir diktaturanın müxtəlif ölkələrdə törətdiyi cinayətlərinə mütəmadi olaraq göz yummaq, ona bu imkan və cəsarəti verir ki, öz cinayət xarakterli əməlinin sonrasından çəkinmədən öz müxaliflərini susdurub onlara qarşı repressiyalarını davam etdirə bilsin”, -deyə jurnalist Məsih Əlinejad vurğulayıb.  

مسیح علی‌نژاد: جمهوری اسلامی ملت ایران را گروگان گرفته است | ایران | DW |  26.09.2019

A.M

 

Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:

ETTELAAT Nyu-Yorkda qadın jurnalisti oğurlamaq istədi: 4 İran agenti axtarışa verilib

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qlobal istiləşmə bəşəriyyəti qarşısıalınmaz fəlakətə yaxınlaşdırır- BMT-dən hesabat

2021-09-17

gun az article

Ərdoğan: “Türkiyə qədər faciələr qarşısında prinsipial davranan ikinci bir ölkə yoxdur”

2021-09-17

gun az article

Dövlət Xidməti: "Azad olunan ərazilərdəki tarix-mədəniyyət abidələrinin reyestri yaradılacaq"

2021-09-17

gun az article

Azərbaycanda son sutkada 1770 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

2021-09-17

gun az article

Azərbaycanın rayonlarına dolu düşüb, şimşək çaxıb

2021-09-17

gun az article

Deputatlar azad edilmiş ərazilərdəki ekoloji vəziyyəti təhlil edəcəklər

2021-09-17

gun az article

Kölndə Azərbaycan dilinin tədrisinə başlanılıb

2021-09-17

gun az article

Səid Xətibzadə: “Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları İran məxsusdur”

2021-09-17

gun az article

Şuşada qəzaya düşən hərbçi vəfat edib

2021-09-17

gun az article

“Arşın mal alan” Çində çin dilində tamaşaya qoyulub – VİDEO

2021-09-17

gun az article

İran rəsmən Şanxay Əməkdaşlıq Təşkilatına üzv seçilib

2021-09-17

gun az article

Ceyhun Bayramov: "Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir"

2021-09-17

gun az article

Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyi təqdim edilib

2021-09-17

gun az article

İran rəsmisi: “Ərak ağır su reaktoru ən qısa zamanda istifadəyə hazır olmalıdır”

2021-09-17

gun az article

"Son hadisələr İranla Ermənistanın birgə oyunudur, aramıza nifaq salmaq istəyirlər”- Araz Obalı

2021-09-17

gun az article

İranın Rəcayişəhr zindanında daha 5 məhkum edam edilib.

2021-09-17

gun az article

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdama gedir

2021-09-17

gun az article

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü Ağrıdağa yürüşlə qeyd edilib

2021-09-17

gun az article

İran rəsmisi: “İbrahim Rəisi BMT-nin Baş Assambleyasında çıxış edəcək”

2021-09-17

gun az article

İranın “Hizbullah”a göndərdiyi yanacaq karvanı Livana daxil olub

2021-09-17