SON XƏBƏRLƏR

Məsud Pezeşkiyan Azərbaycan türklərinə qarşı verilən açıqlamaya ziddiyyətli mövqe sərgiləyib – VİDEO

2021.10.20, 07:36
Məsud Pezeşkiyan Azərbaycan türklərinə qarşı verilən açıqlamaya ziddiyyətli mövqe sərgiləyib – VİDEO

Gunaz.tv

GünAz TV: Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan Azərbaycan türklərinin təhqir edilməsi ilə bağlı ziddiyyətli mövqe sərgiləyib.


M.Pezeşkiyan İran prezidenti Həsən Ruhaninin etniklər və dini azlıqların işi üzrə özəl köməkçisi Əli Yunisinin şənbə günü verdiyi müsahibədə antitürk açıqlamalarını qınayan video yayıb. O Azərbaycana qarşı verilən açıqlamaları pisləsə də, aprelin 22-də millət vəkillərinin prezidentə ünvanladığı xəbərdarlıq məktubunu imzalamaqdan imtina edib.


https://www.youtube.com/watch?v=NiqWNZwLIIY


Həmin məktub 46 millət vəkili tərəfindən imzalanmışdır. Onlardan 31 azərbaycanlı, 15-i isə digər türk bölgələrinin millət vəkillərindən ibarət olub. M.Pezeşkiyanla yanaşı daha 41 azərbaycanlı millət vəkilinin də sözügedən məktubda imzası görünmür.
Qeyd etmək lazımdır ki, Güney Azərbaycandan 73 millət vəkili İran parlamentində təmsil olunur.


Millət vəkillərinin Azərbaycanın milli mənafeyinə laqeyd yanaşması onların rejimin planları əsasında hərəkət etdiyinin sübutudur, belə hallara tez-tez rast gəlinir.


Əli Yunisi aprelin 21-də “Qanun” qəzetinə verdiyi müsahibədə Azərbaycan türklərinin milli kimliyini inkar etmişdir.


O “Qövmçülük və fitnənin qarşısı alınmalıdır” başlığı ilə yayılan müsahibədə olduqca əsassız fikirlər səsləndirib. “Türk ilə azəri arasında fərq qoyulmalıdır. Azərilər farslarla dildaş və soydaşdır. Onlar hətta bir çox bölgənin əhalisindən daha çox farsdır.
Azərilər kürdlərin əkiz qardaşıdır. Bu ikisi də madd (midiya) qövmüdür, onlar Əhəmənilərdən əvvəl bu torpaqları alıblar. Onların arasında qarşıdurma olub, lakin eyni ailədən olublar.
Azərbaycanda təxminən 300-400 ildir ki, türk dilində danışılır. Keçmişdə onların hamısı talışlar kimi söhbət ediblər”- deyə o verdiyi müsahibədə bildirib.


Bu məsələ azərbaycanlıların kəskin etirazına səbəb olub, etirazçılar “Qanun” qəzetinin bağlanması və Əli Yunisinin tutduğu vəzifədən uzaqlaşdırılmasını tələb edirlər.



Mövzu ilə bağlı daha çox məlumat almaq üçün aşağıdakı LİNK-ə müraciət edə bilərsiniz:
Türk bölgələrinin millət vəkilləri azərbaycanlıları farsdilli adlandıran Əli Yunisi ilə bağlı prezidentə müraciət ediblər – Siyahı




N.S



SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar