SON XƏBƏRLƏR

Məsud Pezeşkiyan səlahiyyəti komissiya tərəfindən rədd edilən Salman Xudadadini müdafiə edib... – GÖRÜNTÜ

2021.10.20, 07:36
Məsud Pezeşkiyan səlahiyyəti komissiya tərəfindən rədd edilən Salman Xudadadini müdafiə edib... – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Tehranın 9-cü parlamentdəki keçmiş millət vəkili Əlirza Zakani Məlikanın sözdə millət vəkili Salman Xudadadinin ötən günlərdə müəmmalı şəkildə ölən Zəhra Nəvidpura cinci təcavüzü ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

 

O bu barədə Twitter səhifəsində bir post paylaşaraq Salman Xudadadinin Təbrizin millət vəkili Məsud Pezeşkiyanın dəstəyi ilə parlamentdə qaldığını bildirib.

 

O qeyd edib ki, 8-ci parlamentin araşdırma komissiyası Salman Xudadadinin səlahiyyətini rədd etdi, lakin Məsud Pezeşkiyan onu müdafiə edərək yenidən parlamentə qayıtmasına səbəb oldu.

 

Zəhra Nəvidpurun cansız bədəni yanvarın 6-da anasının evində tapılıb. 28 yaşlı qızın ölümü xəstəxanaya çatdırıldıqdan sonra həkimlər tərəfindən təsdiqlənib.

 

Zəhra Nəvidpur 4 il ərzində sözdə millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalıb. O bununla bağlı bir çox rəsmi orqan, o cümlədən məhkəməyə müraciət edib. Lakin millət vəkilinin tapşırığı ilə onun şikayətinə doğru-düzgün baxılmayıb və məhkəmə prosesi heç bir nəticə verməyib. O davamlı olaraq millət vəkili və onun əlaltıları tərəfindən təhdid edilib.

 

Zəhra Nəvidpurun təcavüz faktını ifşa etdiyi video 2018-ci il noyabrın 19-da Güney Azərbaycan Televiziyasının “165 dəqiqə” proqramında yayımlanıb.

 

Son günlərdə ifşa olunan sənədlərə görə, Zəhra Nəvidpurun qətlinin arxasında Salman Xudadadidən başqa Məlikan “Sepah”ı və bu şəhərin Ettelaat İdarəsi dayanır. Onun iki təhlükəsizlik orqanının arasında gedən mənfi rəqabətə qurban getdiyi güman edilir.

 

Əlirza Zakaninin paylaşdığı post:

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar