SON XƏBƏRLƏR

Məsud Pezeşkiyan “Traxtur” klubuna qarşı edilən ayrı-seçkiliklə bağlı Teleradio Şirkətinə öz etirazını bildirib

2021.10.20, 07:36
Məsud Pezeşkiyan “Traxtur” klubuna qarşı edilən ayrı-seçkiliklə bağlı Teleradio Şirkətinə öz etirazını bildirib

Gunaz.tv

GünAz TV: Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan İran televiziyasında idman komandaları arasında yol verilən ayrı-seçkiliklərə etiraz bildirib.


O bu barədə Teleradiso Şirkətinin rəisi Əli Əsgəriyə məktub ünvanlayıb.


Ölkədə əhali arasında birliyin qorunmasının vacib olduğuna işarə edən millət vəkili vuğulayıb ki, Teleradio Şirkətinin bəzi aparıcıları, xüsusi ilə də idman şərhçilərinin müəyyən açıqlamaları hökumətin ümumi siyasətinə uyğun deyil. Bu hərəkətlər milli birliyə xələl gətirir və idmansevər vətəndaşlar, özəlliklə “Traxtur” tərəfdarlarının narahatlığına səbəb olur.


Məsud Pezeşkiyan məktubun sonunda Teleradio Şirkətinin rəisindən bu istiqamətdə lazımi tədbirlər almasını tələb edib.

 

Məsud Pezeşkiyan


Bundan əvvəl Məsud Pezeşkiyanın həmkarı,Təbrizin millət vəkili Əhməd Əlirzabeygi də oxşar məzmunla İran Teleradio Şirkətinə Nəzarət Şurasının rəisi Möhseni Ejeiyə məktub ünvanlamışdır.


Qeyd edək ki, İran televiziyalarında aparıcı və reportyorların “Traxtur” komandası və Güney Azərbaycanın əleyhinə çıxış etməsi yeni hadisə deyil. Ötən günlərdə “Perspolis”lə “Şəhr-i Xodro”nun qarşılaşmasında paytaxt komandasının tərəfdarları qol vurduğu zaman oyunun reportyoru Abbas Qane “Perspolis”i nümayişkaranə şəkildə rekam edib, onu əsil komanda adlandırıb. Bundan əlavə, o “Traxtur” klubu və onun sahibi Məhəmmədrza Zenuzinin ünvanına xoşagəlməz ifadələr işlədib.

Bu məsələ “Traxtur” klubunun etirazına səbəb olmuşdur. Bu barədə ətraflı məlumat almaq üçün aşağıdakı xəbəri oxuya bilərsiniz:
“Traxtur” klubu: Belə davam edərsə, komandanın görüşlərinin canlı yayımına icazə verilməyəcək

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar