SON XƏBƏRLƏR

Məsudi Reyhan: “Şəhrdari” komandasının kiməsə ötürülməsi Təbrizin aşağılanması deməkdir

2021.10.20, 07:36
Məsudi Reyhan: “Şəhrdari” komandasının kiməsə ötürülməsi Təbrizin aşağılanması deməkdir

Gunaz.tv

GünAz TV: Təbriz Şəhər Şurasının üzvü “Şəhrdari” voleybol komandasının kiməsə ötürülməsinə birmənalı olaraq qarşı olduğunu bildirib.

 

Qulamhüseyn Məsudi Reyhan bu barədə “İsna” xəbər agentliyinə danışıb.

 

“20 ildir ki, bu komandanın üzərində iş aparılır. Təbrizin başqa şəhərlərdən nəyi azdır ki, biz komandamızı başqalarına ötürmək üçün xahiş eləyək?!

Bəlkə də mən Şəhər Şurasında bu işə qarşı olan yeganə insanam. Təəssüflə Şəhər Şurası komandanın ötürülməsi ilə bağlı Təbriz Bələdiyyə İdarəsinin təklif layihəsinə razılıq verib.

Mən bu barədə səylərimi davam etdirəcəm. Mövzu ilə bağlı Şərqi Azərbaycan Gənclər və İdman İdarəsinin rəis müavini ilə də söhbətimiz olub. Lakin bu idarə də Bələdiyyə İdarəsinə borcunu ödəməklə bağlı vaxt verib.

İdman cəmiyyətin canlılığı və sağlamlığı üçün lazımdır. Çempionlarımız olmasa, gənc idmançılarımızın idmana impulsu da olmaz.”- deyə o qeyd edib.

 

Şəhər Şurasının üzvü sözlərinin davamında vurğulayıb: “Bəzilərinin Təbriz və Azərbaycana müsbət baxışı yoxdur. Necə ola bilər ki, dərin tarixə malik olan, müxtəlif sahələr, o cümlədən idman meydanlarında böyük uğurlara imza atan Təbriz çox rahat şəkildə belə bir komandadan imtina etsin?!”

 

Qeyd edək ki, son illərdə Təbrizdə bir neçə idman komandası, o cümlədən Təbriz Neft-Kimya Velosiped Komandası büdcə vəsaiti çatışmazlığı bəhanəsi ilə ləğv edilib. Hal-hazırda isə Təbriz Bələdiyyə İdarəsi məsullarının məsuliyyətsizliyi nəticəsində bu idarəyə bağlı olan basketbol, voleybol, yüngül atletika, velosiped və voleybol komandaları sıradan çıxmaq üzrədir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar