Millət vəkili: “Ağdamda Qarabağ Universitetinin yaradılması çox önəmlidir”

2021-06-01 14:08

“Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərini sürətlə davam etdirir. Ərazilər minalardan təmizləndikdən sonra quruculuq işləri daha böyük vüsət alacaq.

Gunaz.tv Quote | Gunaz article

Çünki erməni işğalı nəticəsində 30 il doğma torpaqlarında yaşamaqdan məhrum olmuş insanları öz yurdlarına qayıtmasını təmin etmək dövlətimiz üçün ən ümdə məsələlərdən biridir”.

Bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağın cənnətə çevriləcəyi barədə sözlərini xatırladıb: “Bu, həqiqətən də belədir. Azərbaycan xalqı Ağdam şəhərinin Baş planının təqdimatı zamanı buna bir daha buna əmin oldu. Mayın 28-də Ağdama səfəri zamanı cənab Prezident dedi ki, Ağdam şəhəri dünya üçün nümunə olacaq. Təqdimatdan göründüyü kimi, Ağdamı çox gözəl gələcək, böyük inkişaf, coşqulu həyat gözləyir”.

Millət vəkilinin sözlərinə görə, təməli qoyulan Ağdam Sənaye Parkında yeni iş yerləri yaradılacaq: “Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Ağdam Sənaye Parkında tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır.

Bərpa və yenidənqurmadan sonra Ağdamın regionun sənaye mərkəzlərindən birinə çevriləcəyi gözlənir. Ağdamda sənaye parkının yaradılması investisiyanın cəlb edilməsi baxımından da əhəmiyyətlidir. Bu, xüsusilə həmin ərazilərimizin potensialından sənaye müəssisələrinin istehsalı üçün istifadə imkanları deməkdir.

Həmçinin ərazidəki mövcud resurslardan istifadə istehsal prosesini daha səmərəli edəcək. Bu baxımdan sənaye parkının yaradılması Ağdam və ətraf rayonlara sərmayə cəlbinə imkan verəcək. Nəzərdə tutulan layihələr göstərir ki, Ağdam rayonu qısa zamanda Azərbaycan iqtisadiyyatına xüsusi töhfələr verə biləcək”.

Ağdamda “İşğal” və “Zəfər” muzeylərinin yaradılmasının da əhəmiyyətinə toxunan Fatma Yıldırım qeyd edib ki, bu muzeylər yaşadığımız reallıqların gələcək nəsillərə, eləcə də, beynəlxalq ictimaiyyətə çatdırılması baxımından önəmlidir: “Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Ağdamı da tamamilə dağıdıb, viran edib. İşğal muzeyində məhz erməni vəhşiliyi öz əksini tapacaq. Ölkəmizə gələn xarici qonaqlar da bu kimi muzeylər vasitəsilə erməni vandalizminin şahidi olacaqlar. Zəfər muzeyi isə Vətən müharibəsindəki parlaq qələbəmizi tərənnüm edəcək”.

Deputat Ağdam şəhərində Qarabağ Universitetinin yaradılmasının da mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb: “Ağdam şəhərində Qarabağ Universitetinin yaradılması çox önəmlidir. Düşünürəm ki, bu universitetdə, ilk növbədə, Qarabağ regionun inkişafı üçün kadr potensialı yetişdirilməli, ixtisaslar bölgənin spesifikasına uyğun formada müəyyənləşməlidir.

Eyni zamanda, universitetdə Qarabağın tarixinin tədris olunmasına xüsusi diqqət yetirilməlidir. Həmçinin, düşünürəm ki, universitetə xarici ölkələrdən də təhsil almaq üçün tələbələr cəlb olunmalıdır. Yəni, universitetin beynəlxalq əlaqələri yüksək səviyyədə qurulmalıdır. Bu amil Qarabağ Universitetinin dünyada tanınması üçün vacib məqamlardan ola bilər”. (apa)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycan polisi qondarma “bayrağ”ı süngü ilə qazıdı - VİDEO

2021-09-17

gun az article

Qlobal istiləşmə bəşəriyyəti qarşısıalınmaz fəlakətə yaxınlaşdırır- BMT-dən hesabat

2021-09-17

gun az article

Ərdoğan: “Türkiyə qədər faciələr qarşısında prinsipial davranan ikinci bir ölkə yoxdur”

2021-09-17

gun az article

Dövlət Xidməti: "Azad olunan ərazilərdəki tarix-mədəniyyət abidələrinin reyestri yaradılacaq"

2021-09-17

gun az article

Azərbaycanda son sutkada 1770 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

2021-09-17

gun az article

Azərbaycanın rayonlarına dolu düşüb, şimşək çaxıb

2021-09-17

gun az article

Deputatlar azad edilmiş ərazilərdəki ekoloji vəziyyəti təhlil edəcəklər

2021-09-17

gun az article

Kölndə Azərbaycan dilinin tədrisinə başlanılıb

2021-09-17

gun az article

Səid Xətibzadə: “Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları İran məxsusdur”

2021-09-17

gun az article

Şuşada qəzaya düşən hərbçi vəfat edib

2021-09-17

gun az article

“Arşın mal alan” Çində çin dilində tamaşaya qoyulub – VİDEO

2021-09-17

gun az article

İran rəsmən Şanxay Əməkdaşlıq Təşkilatına üzv seçilib

2021-09-17

gun az article

Ceyhun Bayramov: "Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir"

2021-09-17

gun az article

Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyi təqdim edilib

2021-09-17

gun az article

İran rəsmisi: “Ərak ağır su reaktoru ən qısa zamanda istifadəyə hazır olmalıdır”

2021-09-17

gun az article

"Son hadisələr İranla Ermənistanın birgə oyunudur, aramıza nifaq salmaq istəyirlər”- Araz Obalı

2021-09-17

gun az article

İranın Rəcayişəhr zindanında daha 5 məhkum edam edilib.

2021-09-17

gun az article

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdama gedir

2021-09-17

gun az article

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü Ağrıdağa yürüşlə qeyd edilib

2021-09-17

gun az article

İran rəsmisi: “İbrahim Rəisi BMT-nin Baş Assambleyasında çıxış edəcək”

2021-09-17