Millət vəkili: Azərbaycan mədənlərinin gəliri Azərbaycan üçün sərf edilməlidir

2020-07-23 14:35

Güney Azərbaycanın Vərziğan vilayətinin məclisdəki millət vəkili Allahverdi Dehqani Güney Azərbaycan mədənlərinin maliyyə dövriyyəsinin qeyri-şəffaflığını, mədənlərin ətraf mühitə vurduğu ziyanları tənqid edib.

Gunaz.tv Quote | Gunaz article

“Bu günə kimi Əndəryan qızıl mədəninin günlük və ya illik hasilatı haqqında heç bir məlumat verilməyib. Bu mədəndə hansı fəaliyyətlərin aparıldığı bəlli deyil,” deyə o bildirib.

 

 

O, ölkədə hakim olan rant iqtisadiyyatı nəticəsində mədənlərin səriştəsiz şəxslərə verildiyini qeyd edərək ölkə mədənlərinin bu şəxslər tərəfindən “girov götürüldüyünü” deyib.

 

 

Mədən sənayesində vasitəçilərin işə cəlb olunması bu sənayenin düzgün inkişafının qarşısını aldığını deyən Dehqani Əndəryan qızıl mədənində də belə bir şəraitin hakim olduğunu, xarici tərəflərin də işə cəlb olunduğunu vurğulayıb.

 

 

Millət vəkili yaxın zamanlarda Əndəryan mədənindən sızan zəhərli sianid maddəsinin yeraltı suları çirkləndirməsi nəticəsində ətraf kəndlərdə mal-qaranın toplu şəkildə ölməsi hadisəsini xatırladaraq, bəzi şəxslərin bu hadisəni “normal hal” kimi göstərməyə çalışdığını qeyd edib.

O, bu qəbil hərəkətləri “şərqi Azərbaycan əyalətinin əhalisinə xəyanət” olaraq dəyərləndirib.

 

 

Qeyd edək ki, Təxminən 30 milyon ton ehtiyatı olan Əndəryan mədəni Şərqi Azərbaycan əyalətinin Vərziğan məntəqsində yerləşir. Əndəryan Qızıl Mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunur. Mədənin fəaliyyətinin ətraf mühitə vurduğu ziyana görə dəfələrlə etirazlar olsa da, İran rəsmiləri faktları gizlədərək mədənin fəaliyyətinin davam etməsinə şərait yaradıblar. Ekspertlərin fikrincə, mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur. Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa daxil olur. Həmin maddə sonralar yeraltı sularını da çirkləndirə bilər. Bu şəkildə ətraf mühit təhlükəli maddə ilə zəhərlənmiş olur.

 

 

Dehqani həmçinin ölkədə mis ehtiyatı baxımından birinci yeri tutan Süngün mədəninin gəlirlərinin yerli xalq üçün sərf edilməməsini də tənqid edib.

 

 

“Bizim payımıza sadəcə bu mədəndə fəhləlik edib maaş almaq düşüb. Süngün mis mədənindən istehsal olunan mis 700 milyon dollara satılırdı. Dolların hazırkı məzənnəsi ilə hesablandıqda bu rəqəm 15 min milyard dollara çatır.  Bu məbləğdə böyük investisiya dünyanın istənilən yerində inkişaf və böyük irəliləyişlə nəticələnər,” deyə millət vəkili vurğulayıb.

 

 

O, əlavə edib ki, Süngün mis mədəninin gəlirlərinin hamısı və ya ən azından 50 faizi Şərqi Azərbaycan əyalətinin inkişafı üçün sərf edilməlidir.

 

 

Süngün mis mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman əyalətinə daşınır. Bu şəkildə mədənin gəliri yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur. İşsizlik və yoxsulluqdan əziyyət çəkən yerli əhali isə iş tapmaq üçün başqa yerlərə köçməyə məcbur olur.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.14.2021: PARLAQ GƏLƏCƏK: Məhbuslarla Millətimizin Birliyi, Güney Azərbaycan’in Zəfəri, Güney Azərbaycan İran’dakı İntisabata Yox Deyir

2021-06-14

gun az article

Təbrizdə siyasi məhbuslara dəstək davam edir- FOTOLAR

2021-06-14

gun az article

“Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün”-Xiyavdan siyasi məhbuslara dəstək

2021-06-14

gun az article

Güneyli məhbus qardaşlar Təbriz həbsxanasının karantin bölməsinə köçürülüb

2021-06-14

gun az article

“Urmu Birlik səsi” qrupu Şəhər Şurası seçkiləri üçün vahid namizədlər siyahısı tərtib edib

2021-06-14

gun az article

Ərdəbildə Abbas Lisaniyə böyük dəstək- "Azərbaycan oğullarının səsi batmayacaq" -VİDEO

2021-06-14

gun az article

Evin həbsxanasında aclıq aksiyası başladı

2021-06-14

gun az article

Aclıq aksiyası Evin həbsxanasına sıçradı- Daha üç güneyli məhbus aksiyaya qoşulur

2021-06-13

gun az article

Təbrizdə siyasi məhbuslara dəstək aksiyası genişlənir- FOTOLAR

2021-06-13

gun az article

Ərdəbil həbsxanasında aclıq aksiyası keçirən məhbuslar karantin bölməsinə köçürülüb

2021-06-13

gun az article

Türkiyənin İYİ Partiyasından Abbas Lisaniyə dəstək mesajı

2021-06-13

gun az article

Abbas Lisani ilə bağlı durum BMT-nin Baş katibi və Ali Komissarlığının illik hesabatında

2021-06-13

gun az article

Siyasi məhbusların şəkilləri Təbriz küçələrinə vuruldu - FOTOLAR

2021-06-13

gun az article

İnsan Haqları Cəmiyyəti Abbas Lisani ilə bağlı açıqlama yaydı: "Təcili müalicə olunmalıdır"-VİDEO

2021-06-13

gun az article

Abbas Lisanidən həbsxana rəhbərliyinə xəbərdarlıq: "Siyasi məhbuslara zülm dayandırılmasa sonadək savaşacam"

2021-06-13

gun az article

Güney Azərbaycanda Abbas Lisaniyə möhtəşəm dəstək aksiyası: Təbrizin küçə və meydanlarına şüarlar yazıldı

2021-06-13

gun az article

Makıda şəhər şurasının üzvü həbs edilib

2021-06-13

gun az article

Ərdəbildə İbrahim Rəisiyə ittiham: “Xalqın hüquqdan danışmasın!”-FOTO

2021-06-13

gun az article

Güneyli məhbusların aksiyası genişlənir- Daha üç məhbus aclığa qoşuldu

2021-06-13

gun az article

Təbrizdə iki mədəni fəal həbsxanaya aparılıb

2021-06-12