SON XƏBƏRLƏR

Millət vəkili Əhmədinəjadın müavinini maliyyə saxtakarlığında ittiham edib

2021.10.20, 07:36
Millət vəkili Əhmədinəjadın müavinini maliyyə saxtakarlığında ittiham edib

Gunaz.tv

Millət vəkili Əhmədinəjadın müavinini maliyyə saxtakarlığında ittiham edib

 

GünAzTv: Aprelin 7-də İran Parlamentinin millət vəkili İlyas Naderan prezident Əhmədinəjadın birinci müavini Məhəmmədrza Rəhimini korrupsiya və maliyyə fırıldağında ittiham edərək bildirmişdiki, o  “Fatimi küçəsi qrupu” (Fatimi küçəsində yerləşən sığorta şirkəti vasitəsiylə ciddi maliyyə saxtakarlıqları həyata keçirilib) adlı maliyyə fırıldaqçıları dəstəsinin başında duran adam olub. Millət vəkilinin sözlərinə görə bu dəstənin bütün üzvləri həbs olsa da prezidentin birinci müavini vəzifədə olduğuna görə azadlıqdadır. Onun sözlərinə görə bu ədalətsizlikdir.

 

Bu ittihamların ardınca hökumət Naderanı ciddi tənqid atəşinə tutaraq bildirmişdi ki, bu ittihamla bağlı məhkəməyə müraciət ediləcək. Aprelin 11-də isə prezidentin hüquqi məsələlər üzrə müavini Fatimə Budaği İSNA-ya bildirib ki, artıq İlyas Naderan haqında şikayət ərizəsi hazırlanıb və Dövlət Qulluqçuları Məhkəməsinə göndərilib.

İlyas Naderan bir müddət əvvəl Məhəmmədrza Rəhiminin özünə məktub ünvanlayaraq bir sıra məsələlərə aydınlıq gıtirilməsini istəmişdi. Məktubda millət vəkillərinə maliyə yardımlarının paylanması, Rəhiminin Vonkvo universitetindən aldığı doktorluq diplomu, eləcə də onun hesabına tökülən pulların mənşəyi haqqında suallar soruşulmuşdu. Bu məktub həmçinin prezidentin icra aparatının başçısı Rəhim Məşaiyə, Etelaat Nazirliyinə və digər millət vəkillərinə də göndərilmişdi. Məktubda bu məsələlərin aydınlaşdırılması tələb olunurdu.

Bir ay əvvəl 216 millət vəkilli açıq məktub yazaraq böyük bir maliyyə fırıldaqçıları dəstəsinin üzvlərinin həbs olunması barədə məlumat yaymışdılar. Məktubda bir sıra yüksək vəzifəli şəxslərin də bu dəstə ilə əməkdaşlıq etdiyi, ancaq onların hələ də həbs olunmaması barədə narahatlıq bildirilirdi. 

Naderanın bu ittihamı və digər mühafizəkar millət vəkillərinin bir qrupunun onu dəstəkləməsi indi gündəmin əsas maddələrindən birinə çevrilib. Buna baxmayaraq İranda yetkililərin belə maliyyə fırıldaqlarına qatışması və vəzifəsində faydalanması adi haldır. İndiyə qədər belə hallarda heç bir yüksək vəzifəli dövlət yetkilisi cəzalandırılmayıb. Yalnız siyasi oyunlar olduğu zaman kimsə siyasi oyunların qurbanı kimi həm də bu adla ittiham oluna bilər. 

qaynaq: araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar