SON XƏBƏRLƏR

Millətçi öyrəncilər Azərbaycan türk millətinin milli hüquqları haqda çıxış edib - Urmiyə universitetində / VİDEO

2021.10.20, 07:36
Millətçi öyrəncilər Azərbaycan türk millətinin milli hüquqları haqda çıxış edib - Urmiyə universitetində / VİDEO

Gunaz.tv

GünAz TV: Urmiyə Universitetində “Öyrənci günü” adı ilə keçirilən mərasimdə millətçi öyrəncilərdən ikisi Azərbaycan türk millətinin milli hüquqları haqda çıxış ediblər.

 

Mərasim “İslahatçılar Dərnəyi” ilə koordinasiya edilərək dekabrın 10-da keçirilib, tədbir zamanı öyrəncilər tərəfindən Azərbaycana məxsus milli şüarlar səsləndirilib.

 

Tədbirdə Ayət İbadi və Əli Manafzadə adlı iki azərbaycanlı öyrənci çıxış edərək Azərbaycan Öyrənci Hərəkatının əsas tələblərinə işarə ediblər. Onların çıxışı zamanı salonda “Türk dili İranda rəsmi olsun” yazılmış banner nümayiş etdirilib. Öyrəncilər gur səslə “İslahatçılar və mühafizəkar, gəlməyin Azərbaycana”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” və “Azərbaycan var olsun – İstəməyən kor olsun” şüarı da səsləndiriblər.

 

Ayət İbadi bildirib ki, Azərbaycan Öyrənci Hərəkatının əsas prinsipi, mərkəzçi siyasi düşərgələrin məsələlərindən uzaq olmaqdan ibarətdir. O ana dilində təhsil məsələsi və “Heyran gədiyi”ndən tutmuş Qərbi Azərbaycan Əyalətinin kəndlərinə göz tikən qüvvələrə də işarə edib.

 

Türk öyrənci ötən əsrin əvvəllərində Azərbaycana qarşı törədilən Ciloluq qətliamını inkar edən Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisinin çıxışını da xatırladıb. Ayət İbadi, Məhəmməd Mehdi Şəhriyarinin bu barədə son günlərdə Tehran Universitetində etdiyi çıxışı pisləyərək ona vəzifə səlahiyyətlərini aşmamasını və bilmədiyi məsələyə müdaxilə etməməsini tövsiyyə edib. O bildirib ki, vali mühacirlərin xeyirinə olaraq bölgənin tarixini təhrif etməyə çalışmamalıdır.

 

Növbəti çıxışçı Əli Manafzadə də oxşar sözlərlə çıxış edib. Azərbaycanın qəsdən bütün sahələrdə geri saxlandığına etiraz edən öyrənci artıq mərkəzə (Tehran) etimad qalmadığını vurğulayıb. O bildirib ki, Azərbaycan və türklərin probleminin yeganə çıxış yolu türk dilinin bütün İranda rəsmi dil olması və mərkəzçi siyasətin qarşısının alınmasıdır.  

 

https://www.youtube.com/watch?time_continue=19&v=FNvsvYKbr8A

 

https://www.youtube.com/watch?time_continue=7&v=Up8FxqT0aIo

 

 

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar