Ərdəbilli milli-mədəni fəal Əfşar Muhibbin yaxınlarının verdiyi məlumata görə, o, 23 yanvar tarixində günortadan sonra iş yerindən çıxarkən təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.
Gunaz.tv
“ETTELAAT”ın informasiya qərargahına aparılan milli fəal bir neçə saat dindirilib.
Ə.Muhib qanunsuz saxlanılmasına etiraz edib, bununla bağlı rəsmi bildiriş və icazənin göstərilməsini, saxlanılma səbəbini soruşsa da, ona bu haqda heç bir bilgi verilməyib və bir neçə saat dindirildikdən sonra sərbəs buraxılıb.
Azərbaycan şəhərlərində təhlükəsizlik məmurlarının tərəfindən məhkəmə hökmü olmadan milli-mədəni fəalların qısa müddətli saxlanılıb dindirilməsi, buna etiraz edənlərin zorakılığa məruz qalıb döyülməsi və təhdid edilməsi adi hal alıb.
Bundan öncədə milli-mədəni fəal dinc fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik məmurları tərəfindən xəbərdarlıq alaraq təhdid edilmişdir.
Qarabağın azadlığı uğrunda aparılan əməliyyatlara dəstək aksiyaları ilə bağlı təhlükəsizlik məmurları onu həbs etmək üçün Əfşar Muhibbin ata evinə müraciət etmiş, milli fəal evdə olmadığı üçün buna müvəffəq ola bilməmişdilər.
C.E