Milli fəal Həkimə Əhmədinin ölkədən çıxışına qadağa qoyulub

2020-09-24 11:00

Təbriz Cəza Məhkəməsinin 2-ci şöbəsi güney azərbaycanlı milli fəal Həkimə Əhmədinin ölkədən çıxışına qadağa qoyub.

Gunaz.tv Quote | Gunaz article

Milli fəala göndərilən çağırış vərəqəsində həmçinin Həkimə Əhmədinin “izahat vermək” üçün Sentyabrın 23-də məhkəməyə müraciət etməsi tələb olunub.

 

Çağırış vərəqəsinin göndərilmə tarixi sentyabrın 22-si olduğu halda məhkəmə məsulları vərəqəni milli fəalla bir gün gec göndəriblər.

 

Göndərilən çağırış vərəqəsinə əsasən, həmçinin ictimai nizam-intizamı pozmaqda ittiham olunan Əhmədi özünü müdafiə etmək məqsədi ilə 10 gün ərzində Təbriz Cəza Məhkəməsinin 2-ci şöbəsinə müraciət etməlidir.

 

Ötən günlərdə İranın təhlükəsizlik qüvvələri Həkimə Əhmədi ilə əlaqə saxlayaraq onu hədələyiblər.

 

Həkimə Əhmədi iyulun 16-da Azərbaycan Respublikasına dəstək məqsədilə keçirilən aksiyada saxlanılmış, daha sonra 100 milyon tümənlik zəmanət qarşısında sərbəst buraxılmışdı.

 

Əhmədi və aksiyalar zamanı saxlanılan digər fəallar “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “ictimai asayişi pozmaq” ittihamları ilə üzləşiblər.

 

Həkimə Əhmədi daha öncə də 2018-ci ilin oktyabr ayında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Marağa zindanına aparılmışdı.

 

Milli fəal 583 gün müvəqqəti saxlandıqdan sonra “sistemin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmağa cəhd görtərmək”də günahlandırılaraq 16 ay həbs cəzasına məhkum edilmişdi.

 

İki uşaq anası olan Həkimə Əhmədinin sosiologiya üzrə yüksək lisansı var. O Mərənd şəhərinin fəallarından biri kimi, ana dilində təhsil hüququ ilə bağlı fəaliyyət göstərir.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19

gun az article

Milli fəal Sara Turi Təbrizdə həbs edilib

2020-10-19

gun az article

"Həsrət körpüsü"nün işğaldan azad edilməsi münasibətilə Tikab əhalisi atəşfəşanlıq edib- VİDEO

2020-10-19

gun az article

İranın təhlükəsizlik qüvvələri rəştli fəallara təzyiq göstərir: İbrahim Gənci həbs edilib

2020-10-19

gun az article

Milli fəal Hüseyn Balaxani 500 milyon tümənlik ağır mülki vəsiqə ilə müvəqqəti azadlığa buraxılıb

2020-10-19

gun az article

Güney azərbaycanlı milli fəal Hüseyn Əmirhicri Təbrizdə tutulub

2020-10-19

gun az article

Rəşt türkləri İranın Ermənistana dəstəyinə etiraz ediblər- FOTO

2020-10-19

gun az article

İranın Ermənistana çörək göndərməsi Güney Azərbaycanda çörək qıtlığına səbəb olub- VİDEO

2020-10-19

gun az article

GünazTV Oct.18.2020: Azərbaycan ordusunun və Güney Azərbaycanın qələbələri.

2020-10-19

gun az article

Təbriz: "Azərbaycan milləti bu zillətlə barışmayacaq, Nurduz gərək bağlana!"- VİDEO

2020-10-18

gun az article

Təbrizdə minlərlə insan birlikdə "Nurduz sərhədi bağlanmalıdır" şüarları səsləndirib- VİDEO

2020-10-18

gun az article

Təbrizdə və Tehranda Qarabağa dəstək aksiyaları keçirilib - FOTOLAR və VİDEOLAR

2020-10-18

gun az article

Güney Azərbaycanda kütləvi həbslərə başlanılıb

2020-10-18

gun az article

Təbrizdə etirazlar: "Ermənini dəstəkləmək cinayətdir"- VİDEO

2020-10-18

gun az article

Təbrizdə Qarabağın azadlığı əməliyyatına dəstək və Nurduzun bağlanması tələbi ilə aksiyalar başlayıb

2020-10-18

gun az article

İran polisi Araz çayının kənarında toplaşan güney azərbaycanlıları döyərək dağıdıb- VİDEO

2020-10-18

gun az article

Güney Azərbaycanlıların İran hökumətinin işğalçı Ermənistan rejiminə hərbi dəstəyinə qarşı etirazlar ərəfəsində 3 milli fəal həbs edilib

2020-10-18

gun az article

GünazTV Oct.17.2020: ermənistan Gəncədə siviləri vurdu

2020-10-18

gun az article

GünazTV Oct.17.2020 : “Ermənistan Gəncə və Mingəçevir şəhərlərinə raketlə hücum etdi.

2020-10-17