Milli fəal Həmid Mənafi sürgünə göndərildi

2021-08-03 09:45

Güney azərbaycanlı milli-mədəni fəal Həmid Mənafi həbsdən sonra 2 illik sürgün cəzasını çəkmək üçün Loristan əyalətinin Azna şəhərinə gedib.

Gunaz.tv Quote | Gunaz article

 Bu barədə o avqustun 2-də özünün “instaqram” hesabında paylaşım edib.

Tehranın “Evin” həbsxanasında həbs cəzasını çəkən Həmid Mənafi Nadarlının şərti azadlığa buraxılması ilə bağlı müraciətinə müsbət cavab verilib.

Onun 2 illik həbs müddətinin qalan hissəsinin şərti azadlıqla əvəz olunduğu mayın 15-də bəlli olub.

Bununla yanaşı Baharistanın Qərarların İcrası İdarəsi Həmid Mənafidən sürgün cəzasını çəkmək üçün Loristan əyalətinin Azna şəhərinə getməsini tələb etmişdi.

Qeyd edək ki, Həmid Mənafi, Behnam Şeyxi, Əkbər Azad və Əlirza Fərşi ilə birlikdə 2014-cü ildə Beynəlxalq Ana Gili Günü mərasimində iştirak etdikləri üçün həbs olunub. 

Qanunun 499-cu maddəsinə əsasən, onların hər biri Tehran Apellyasiya Məhkəməsinin 54 saylı şöbəsində 2 il həbs cəzasına məhkum edilib.

"Milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq"da ittiham edilən fəallar Tehran Apellyasiya Məhkəməsinin 54 saylı şöbəsi tərəfindən hər biri 2 il həbs cəzasına məhkum olunub.

H.Mənafi 2020-ci ilin iyulun21-də saxlanılaraq həbs cəzasını çəkmək üçün Tehranın Evin həbsxanasına aparılıb. 
 
C.E

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16