SON XƏBƏRLƏR

Milli fəal İskəndər Əli Mirzayi tutuqlanıb

2021.10.20, 07:36
Milli fəal İskəndər Əli Mirzayi tutuqlanıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İskəndər Əli Mirzayi Sulduzda iki gün öncə ETTELAAT məmurları tərəfindən yaxalanaraq naməlum bir məkana götürülüb. Milli fəalin ailə üzvlərinin yaxınlarından olan bir mənbənin verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri iki gün öncə adı gedən soydaşımızın evinə gedib onu tutuqlayaraq evdə jiddi axtarış aparıblar. Axtarış zamanı bir çox şəxsi əşya, kitab və CD əldə edib özləri ilə götürüblər. təhlükəsizlik məmurları evə girmək üçün heç bir qanuni hökmə sahib olmayıblar. Mənbənin verdiyi məlumata görə, ETTELAAT məmurları keçən həftə iki dəfə İskəndər bəyə zəng edərək ondan tələb ediblər ki bir sıra məsələlərə izah gətirmək üçün ETTELAATa müraciət etsin. Ancaq İskəndər bəy bu çağırışı qanunsuz hesab edərək vurqulayıb ki yazılı bir məktubla müraciət olunmasa ETTELAATa getməyəcək və bu şəkildə ETTELAATa getməkdən imtina edib. Xatırladaq ki milli fəalın tutuqlanması İranda o cümlədən Güney Azərbaycanın hər yerində məktəblərin açılış günü ərəfəsinə təsadüf edir. Nəzərə alsaq ki Güney Azərbaycanda hər il ana dilində təhsil istəyi bu günlərdə xüsusi müstəviyə keçir, onda məhz bu ərəfədə tutuqlanmaların aktivləşməsi aydın olar.savalansesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar