Təbrizdə milli hökumətin baş prokuroru Firudin İbrahiminin anım mərasimi keçirilib-VİDEO

2021-06-07 12:10

​​​​​​​Güney Azərbaycanın başkəndi Təbrizdə 1945-46-cı illərdə mövcud olmuş milli hökumətin baş prokuroru, əslən Astara şəhərindən olan Firudin İbrahiminin anım mərasimi keçirilib. 

Gunaz.tv Quote | Gunaz article

Güneyli milli-mədəni fəallar bu məqsədlə Təbrizin “İmamiyyə” qəbristanlığına toplaşıb. Mərasimdə son günlər Ərdəbil və Astara əhalisi arasında süni şəkildə yaradılmasına cəhd olunan qarşıdurmadan danışlıb. Hakim dairələrin bu fitnəkar cəhdi pislənilib,   Ərdəbil və Astara şəhərlərinin birliyinə çağrışlar edilib. 

Sabiq baş prokurorun məzarı başına toplaşanlar əllərində “Ərdəbil-Astara qardaşdır, Ərdəbil-Astara Azərbaycandır” yazılmış plakartlar qaldırıblar.

Milli fəallar əslən Astara şəhərindən olan Azərbaycanın tanınmış şairi Söhrab Tahirin Azərbaycanın parçalanmasına həsr olunmuş “Çöpü də ikiyə bölmərəm daha” şerini oxuyub, anti-türk qüvvələrin bölücü fəaliyyətini qınayıblar. 

Anım mərasiminin sonunda milli fəallar Astaradan gətirdikləri torpağı Firudin İbrahiminin məzarı üstünə səpiblər.

Qeyd edək ki, bir neçə gün öncə Astarada bir neçə ərdəbilli və astaralı gənc arasında baş verən toqquşmadan sonra bunun məqsədli şəkildə sosial mediada yayınlanması gərginliyin böyüməsinə, başqa şəxslərin qarşıdurmaya qoşulmasına səbəb olub.

Beləki öyrədilmiş şəxslər ərdəbillilərə qarşı kobudluq edib və onları döyüb. Bu şəxslər özlərini türk kimi qələmə verərək məqsədli şəkildə Ərdəbil və Təbriz sakinlərini təhqir ediblər.

Güney Azərbaycanın milli-mədəni fəalları isə anti-türk cərəyanların və təşkilatların fitnəkar planlarını zərərsizləşdirmək üçün kampaniya başladıblar. 

Kampaniyada Güney Azərbaycan türkləri qısa video müraciətlər yayıb, “Ərdəbil-Astara qardaşdır, Ərdəbil-Astara Azərbaycandır” deyiblər. Bununla Güney Azərbaycan türklərinin birliyi ifadə olunub və Astaranın Azərbaycanın ayrılmaz hissəsi olduğu vurğulanıb.

Bununla yanaşı, Güney azərbaycanlı milli-mədəni fəal və keçmiş siyasi məhbus Meysəm Colani Astara hadisələrinin arxasında gizlənmiş pis niyyətlərə etiraz əlaməti olaraq iyunun 1-i səhər saatlarında barış, birlik və dostluq nümayişi olaraq Ərdəbildən Astaraya doğru yürüşə başlayıb. 

Ərdəbilli fəal iyunun 2-də Astaraya çatıb və şəhər  əhalisi tərəfindən hörmətlə qarşılanıb. 

Qeyd olunan hadisə ilə bağlı mətbuata açıqlama verən Astara şəhərinin polis rəisi 7 nəfərin Astarada, 5 nəfərin isə Ərdəbildə saxlanıldığını bildirib.
 

 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmuda saxlanılan fəallar polis bölməsində döyülüb

2021-07-25

gun az article

Abbas Lisaninin telefon danışığına qadağa qoyulub

2021-07-25

gun az article

Milli fəal Siyamək Kuşi saxlanılıb

2021-07-25

gun az article

Təbrizli fəal etiraz aksiyasında həbs olunub

2021-07-25

gun az article

Brukseldə ərəb fəallar azərbaycanlı məhbuslara dəstək aksiyası keçirib

2021-07-25

gun az article

Təbrizdə milli fəal Məhəmməd Mahmudi həbs olunub

2021-07-25

gun az article

Təbriz aksiyasında milli fəal Səməd Ladvəndi həbs olunub

2021-07-24

gun az article

Təbrizli milli-mədəni fəal Ulduz Qasimi saxlanılıb

2021-07-24

gun az article

Təbrizdə elektrik kəsildi- Aksiyada milli hökumətin qurulmasına çağırış edildi-VİDEO

2021-07-24

gun az article

Xiyav şəhərinə çox sayda texnika və polis qüvvələri yeridilib-FOTO

2021-07-24

gun az article

Hökumət Təbrizdə kəşfiyyat dronlarını havaya qaldırdı-VİDEO

2021-07-24

gun az article

Ərdəbildə təhlükəsizlik tədbirləri gücləndirildi-FOTO

2021-07-24

gun az article

Təbrizdə polis etirazçıları dağıtmağa çalışır-VİDEO

2021-07-24

gun az article

Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları başladı-VİDEO

2021-07-24

gun az article

Güneydə daha iki fəal saxlanılıb, bir fəalın isə taleyindən xəbər yoxdur

2021-07-24

gun az article

Xiyavın Əhmədabad kəndində bir neçə tarixi əsər aşkar edilib

2021-07-24

gun az article

Güneydə milli fəallara təzyiqlər başlandı: Müctəba Əbduli saxlanıldı

2021-07-24

gun az article

Beynəlxalq mədəniyyət və elm təşkilatları Güney azərbaycanlı alimlə bağlı çağırış etdi

2021-07-24

gun az article

Soyuqbulaqda 760 hektar qamışlıq ərazidə yanğın baş verib

2021-07-24

gun az article

Behnam Şeyxinin şərti azadlığa buraxılması ilə bağlı müraciəti qəbul olunub

2021-07-24