SON XƏBƏRLƏR

Milli haqlarını tələb edən Güney Azərbaycan türklərinin həbsi davam etməkdədir

2021.10.20, 07:36
Milli haqlarını tələb edən Güney Azərbaycan türklərinin həbsi davam etməkdədir

Gunaz.tv
Milli haqlarını tələb edən Güney Azərbaycan türklərinin həbsi davam etməkdədir DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Güney Azərbaycanın tanınmış ziyalılarından olan Xoy şəhərindəki Qeyri-Hokümət Təşkilatının qurucularından biri İbrahim Cəfərzadə 2006-cı il fevral ayının 21-də Beynəlxalq Ana dili günündə həbs edilmişdir. Bu günlərdə isə Xoy İnqilab məhkəməsi ona qarşı hökm çıxarıb. Son zamanlar Tehran hakimiyyəti Güney Azərbaycan türklərini milli haqlarının təmin olunması uğrunda mübarizəsinin qarşısını sərt üsullarla almaqdadır. Islam Respublikası altında həbs etdiyi hərəkat fəallarını ağır fiziki və mənəvi igəncələrə məruz qoyur, şübhəli şəkildə milli hərəkat fəallarını qətlə yetirərək şəhərin müəyyən yerlərinə ataraq günahı öz üzərindən atmaq istəyirlər. Amma faşist Tehran hakimiyyəti törətdiyi bu cinayətlərdən həmdə narahatdır. Ona görə ki, uzun illərdən bəri milli hərəkatı ləkələmək istiqamətində etdiyi cəhdlər uğursuz olmuşdur. Güney Azərbaycan milli hərəkatı sübut edib ki, onun irəli sürdüyü siyasi, sosial və iqtisadi tələblərin xarici qüvvələrlə heç bir əlaqəsi yoxdur. Güney Azərbaycan Milli Azadlıq Hərəkatı tam müstəqil və sivil qaydada öz mübarizəsini davam etdirir, günü-gündən də milli hərəkatın sıralarına kütləvi şəkildə qoşulanlar var. Faşist İran hakimiyyətinin həbsxanalarında hələ də yüzlərlə Güney Azərbaycan milli fəalları qalmaqdadır. Bununla yanaşı İranda qeyri-fars millətlərə qraşıda ciddi təzyiq və repressiyalar həyata keçirməkdədir. Iran adlanan ərazidə Güney Azərbaycan türkləri başda olmaqla türkmənlər, bəluclar, ərəblər və başqa qeyri-fars millətlər hakimiyyət tərəfindən qeyri-insani təzyqilərə məruz qalmaqdadır. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar