SON XƏBƏRLƏR

Milli Məclis Əli Əsədovun Azərbaycanın Baş Naziri təyin edilməsinə razılıq verib

2021.10.20, 07:36
Milli Məclis Əli Əsədovun Azərbaycanın Baş Naziri təyin edilməsinə razılıq verib

Gunaz.tv

GünAz TV: Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Ə.H.Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

 

Plenar iclası açan Milli Məclisin Sədri Oqtay Əsədov qeyd edib ki, Novruz Məmmədov Azərbaycanın Baş Naziri vəzifəsindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. O deyib ki, Baş Nazir postuna yeni namizəd Əli Əsədov hansı vəzifədə çalışmasından asılı olmayaraq bilik və bacarığını işə sərf edən, iqtisadi məsələlərə dərindən bələd olan mütəxəssisdir. Əminəm ki, Prezident İlham Əliyevin bu seçimi dövlətimiz, xalqımız üçün uğurlu olacaq.

 

Oqtay Əsədov gündəlikdəki məsələ ilə bağlı Prezident İlham Əliyevin Milli Məclisə məktubunu oxuyub. Daha sonra məsələ ilə bağlı müzakirələr aparılıb.

 

Müzakirələrdən sonra məsələ səsə qoyularaq qəbul edilib.

 

Milli Məclisin sədri Oqtay Əsədov sonda bir daha Ə.Əsədovu təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar