SON XƏBƏRLƏR

Milli Məclisdən İrana sərt etiraz

2021.10.20, 07:36
Milli Məclisdən İrana sərt etiraz

Gunaz.tv

GünAz TV: Parlamentin fevralın (February) 14-də keçirilən iclasında İranın Azərbaycan siyasəti (millət vəkilləri) tərəfindən tənqid olundu.

Bitərəf millət vəkili Qənirə Paşayeva bildirdi ki, Azərbaycanın ən ağır dövrlərində belə İranın dəstəyi hiss olunmayıb: «İran daim Ermənistanı dəstəkləyib. Vaxtilə İran Ermənistanla sərhədini bağlasaydı, bəlkə də Dağlıq Qarabağ münaqişəsi çoxdan həll olunardı. Bu gün də İranın ən çox iqtisadi əlaqələri Ermənistanladır».

Millət vəkili dedi ki, hazırda İranın “Səhər” kanalı səhərdən axşama qədər Azərbaycan haqqında təxribat xarakterli (mahiyyətli) verilişlər verib insanları hakimiyyətə qarşı yönəltməyə çalışır. Bu telekanalı isə İran hökuməti dəstəkləyir: «İran rəsmilərinə çağırış edirik ki, gözlərini açıb yaxşı baxsınlar və normal qonşu olan Azərbaycanı düşmənə çevirməsinlər”.

Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc İranın Azərbaycana ünvanlanmış son notasının diplomatik etiket qaydalarından kənar olduğunu vurğuladı. O qeyd etdi ki, bu nota İrana yönələn beynəlxalq təzyiqi qonşularla bölüşmək cəhdidir. «İran təzyiqlərdən qurtarmaq üçün problemi öz üzərindən atmaq istəyir. Azərbaycan indiyə qədər antiiran bloklara qoşulmayıb. Amma bu addımlar onu göstərir ki, Azərbaycan da belə bir bloklarda yer almalıdır”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa da vurğuladı ki, indiyə qədər Azərbaycanın antiiran bloklarda iştirakın əleyhinə olub. “Amma son addımlar bunu göstərir k, İran ABŞ (Amerika Birləşmiş Ştatları) və İsrailin qorxusundan qonşularına qarşı aqressiv (mühacim, saldırqan) münasibət göstərir” – deyə millət vəkili vurğuladı.

 

Milli Məclis sədrinin müavini Bahar Muradova da İranın Azərbaycanın təqdim etdiyi nota ilə bağlı narahatlıqları bölüşdüyünü söylədi. O dedi ki, bu narahatlıqlar Azərbaycan xarici siyasətinin prinsiplərinə (əsl, ilkə) uyğun qaydada İranın nəzərinə çatdırılmalıdır. B.Muradovanın sözlərinə görə, Azərbaycan hər zaman İranla qonşuluq münasibətlərini gözləməyə çalışıb: “Bunun müqabilində İrandan sərt notalar aldıq. İranı təhdid edənlər isə bir kənarda qaldı. Qonşular sarıdan bəxtimiz gətirməyib”.

 

Milli Məclisin sədri Oqtay Əsədov da bu mövzuya toxundu. O qeyd etdi ki, İranda bir çox qüvvə var ki, onlar Azərbaycana qarşı təhdidlə məşğuldur: «Bunun kökünü axtarsaq, gedib yenə də bəzi qurumlara çıxacaq. İran Azərbaycana qonşu dövlətdir. Biz hər zaman İranla münasibətlərin yaxşı olmasına çalışmalıyıq. Razıyam ki, İran diplomatiyasında bəzi səhvlərə yol verildi, Azərbaycana qarşı parlamentlərində çıxışlar oldu. Hətta Türkmənçay müqaviləsinin ləğvi məsələsini qaldırırlar. Biz hər vəchlə çalışmalıyıq ki, bu məsələlər çox dərinləşməsin. Azərbaycan prezidenti də dəfələrlə bəyan edib ki, heç bir xarici dövlət Azərbaycan ərazisindən istifadə edərək heç bir qonşu ölkəyə qarşı tədbir keçirə bilməz. Azərbaycana qarşı yönələn qüvvələrin - “Səhər” televiziyasının və digər qurumların cavabı verilir və veriləcək”. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar