SON XƏBƏRLƏR

Milli-mədəni fəal İbrahim Rəşidi (Savalan) yoxa çıxıb

2021.10.20, 07:36
Milli-mədəni fəal İbrahim Rəşidi (Savalan) yoxa çıxıb

Gunaz.tv

GünAzTv: Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan jurnalist və bloqçu İbrahim Rəşidi (Savalan) yoxa çıxıb.

 

İyunun 14-ü Ərdəbildəki evindən çıxan İbrahim Rəşidi bu günə qədər geri qayıtmayıb, hətta evə zəng etməyib. Ərdəbilli fəal və jurnalistin ailə üzvləri İranın kəşfiyyat (ETTELAAT) əməkdaşlarının onu tutub bilinməz istiqamətə apardığını güman edirlər.

 

Güney Azərbaycan milli hərəkatının fəal üzvlərindən olan İ.Rəşidi milli zəmindəki fəaliyyətlərinə görə il yarım əvvəl tutulub 5 ay həbsdə saxlandıqdan sonra 50 min dollarlıq mülk girovu qarşılığında azadlığa buraxılmışdı.

 

“Azərtopraq” adlı qeyri-hökumət təşkilatının qurucusu, Urmiya Universitetində fəaliyyət göstərən Şəhriyar adına ədəbi dərnəyin rəhbəri, “Bulud”, “Oyanış”, “Ulduz” və “Baxış” tələbə qəzet və jurnallarının əməkdaşı olan ərdəbilli fəalın hazırda harada olduğu barədə məlumat yoxdur. “Media forum”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar