Milli fəal Kiyanuş Aslani məzuniyyətə buraxılıb

2021-04-21 12:59

Tehranın Evin həbsxanasında saxlanılan milli-mədəni fəal, siyasi məhbus Kiyanuş Aslani bu gün aprel ayının 21-də 350 milyon tümənlik girov qarşılığında 20 günlük məzuniyyətə buraxılıb.

Gunaz.tv Quote | Gunaz article

Kiyanuş Aslani Tövhid Əmir Əmini ilə birlikdə 2019-cu il fevralın 21-də Beynəlxalq Ana Dili Günü münasibəti ilə Tehranda keçirilən aksiyada saxlanılıb.

Aksiyada posterlər payladıqları üçün İran rejimin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
 
Onlar “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “sistemin əleyhinə təbliğat aparmaq”da ittiham edilib, Tehran İnqilab Məhkəməsində mühakimə olunub.


 
Əmir Əmini 7 il 6 ay, Aslani isə 5 il müddətinə həbsə məhkum olub. Bundan əlavə, Kiyanuş Aslani 2 il müddətinə bütün qeyri-hökumət təşkilatlara üzv olmaq hüququndan məhrum edilib.

Qeyd edək ki, İranda koronavirusun dördüncü dalğasının başlaması və həbsxanalardakı dözülməz şərait məhbusların həyatı ilə bağlı narahatlığı artırıb. 

 

Ölkənin müxtəlif həbsxanalarında saxlanılan Güney azərbaycanlı milli-mədəni fəallar Abbas Lisani, Siyamək Mirzayi, Əli və Rza Vasiqi qardaşları, Mehrdad Şeyxi, Həmid manafi Nadarlı, Yusif kari, Tohid Əmir Əmini, Salar Tahir Əfşar və digərləri tibbi xidmətlərdən məhrum vəziyyətdə məhkumluq dövrlərini yaşayırlar.

 

İnsan haqları və məhbusların hüquqlarını müdafiə edən qurumların bildirdiyinə görə, yetərli tibbi imkanların olmaması, həbsxana və məhkəmə sistemi rəhbərlərinin siyasi məhbusların taleyinə biganə yanaşması İran həbsxanalarında koronavirusun geniş yayılmasına gətirib çıxarıb.
 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu İran Premyer Liqasında dördüncü dəfə çempion oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12

gun az article

Milli fəal Ruzbeh Pirinin məhkəmə iclası keçirilib

2021-05-12

gun az article

Salmasda cinayətkar dəstənin üzvləri həbs olunub

2021-05-12

gun az article

Məzuniyyət müddəti bitən syasi məhbus Əlirza Fərşi həbsxanaya qayıdıb

2021-05-12

gun az article

Parsabadda həbslər: Bələdiyyə məmurları saxlanıldı

2021-05-12

gun az article

"Keçmişdən günümüzə Güney Azərbaycan”-Türkiyədə konfrans keçiriləcək

2021-05-12

gun az article

Güneydə tarixi abidələrə qarşı vandalizm: Vərziğanda 700 illik tarixi məzar daşları dağıdılıb-VİDEO

2021-05-12

gun az article

Urmu gölünə su buraxılmayacaq-Mühafizə Şurası qərar verdi

2021-05-12

gun az article

Futzal üzrə İran Premyer Liqası: Azərbaycan klubu çempion ola bilər

2021-05-12

gun az article

GünazTV May.11.2021-Özümüz: Urartular

2021-05-11