SON XƏBƏRLƏR

Milli-mədəni fəal, Tirəxtur komandasının tərəfdarı Abdullah Səduqi həbsxanada saxlanılır

2021.10.20, 07:36
Milli-mədəni fəal, Tirəxtur komandasının tərəfdarı Abdullah Səduqi həbsxanada saxlanılır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Milli-mədəni fəal, Tirəxtur komandasının tərəfdarı Abdullah Səduqi 2010-cu il yanvar ayının 18-də Təbrizin ETTELAAT (İran Kəşfiyat Nazirliyi) əməkdaşları tərəfindən həbs olunub. Məlumatda bildirilir ki 2010-cu il yanvar ayının 18-də Abdullah Səduqi qardaşı Hüseyn Səduqi ilə birlikdə ETTELAAT əməkdaşları tərəfindən hücuma məriz qalıb. Onlar Təbrizin nisf-rah məhəlləsində ETTELAAT əməkdaşları tərəfindən tutulub və döyülüblər. Saxlanılma məntəqəsinə aparılan iki qardaş sorğu-suala tutulub, Hüseyn bir neçə saat sonra buraxılıb ancaq Abdullah hələdə həbsdə saxlanılır. "Savalansəsi"-nin yaydığı məlumatda bildirilir ki, Abdullah bəy Tirəxtur futbol komandasının reklam və afişalarını nəşr və yaymaq vasitəsi ilə sistemin əleyhinə fəaliyətdə günahlandırılır. Onun dosyası hazırda Təbrizin İnqilab məhkəməsi tərəfindən araşdırılır. Xatırladaq ki, Tirəxtur komandasının müsabiqələrində Azərbaycanlı türklər öz milli istəklərini dilə gətirir və bütövlüklərini nümayiş etdirirlər. bu gedişatın son təticəsini bilən İran Təhlükəsizlik Qüvvələri isə olayın ötəsinə keçmək məqsədi ilə hər bir qanunsuz əmələ əl atır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar