SON XƏBƏRLƏR

Milli-mədəni fəallar Təbrizin Eynalı yüksəkliklərində bir araya gəlib

2021.10.20, 07:36
Milli-mədəni fəallar Təbrizin Eynalı yüksəkliklərində bir araya gəlib

Gunaz.tv

GünAz TV: Azərbaycan Milli Hərəkatının bir qrup fəalı Təbrizin Eynalı yüksəkliklərində bir araya gələrək Azərbaycan rəqsi nümayiş etdiriblər.

 

Mayın 18-i axşam saatlarında baş tutan yığıncağa Təbriz, Ərdəbil və ətraf şəhərlərdən olan azərbaycanlı fəallar və ətraf mühit tərəfdarları qatılıb.

 

Yığıncaqda 30-dan çox fəal iştirak edib, onların bir çoxu ailə üzvləri və uşaqları ilə birlikdə Eynalı yüksəkliklərinə gəlib.

 

Fəallar, təhlükəsizlik qüvvələrinin mümkün təzyiqlərindən dolayı yığıncağın video və görüntülərini yaymamağa çalışırlar. Yuxarıdakı görüntü fəallardan birinin İnstaqram səhifəsindən götürülüb.

 

Bu yığıncaq iki həftədir keçirilir və yayın sonunadək davam edəcək. Yığıncaq ictimai-mədəni xarakter daşıyır, məqsəd Azərbaycanın mədəniyət və kimliyini unutmamaq və onu dəyərləndirməkdir. Yığıncağın heç bir siyasi yönü yoxdur.


Maraqlananlar hər cümə axşamı Təbriz vaxtı ilə saat 20:30-da Eynalı yüksəkliklərinin ətəyindəki birinci düşərgədə milli fəallara qoşula bilərlər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar