SON XƏBƏRLƏR

Milli-mədəni fəallar uşaqlara türk dilində kitablar hədiyyə edib - Meşginşəhrdə / GÖRÜNTÜ

2021.10.20, 07:36
Milli-mədəni fəallar uşaqlara türk dilində kitablar hədiyyə edib - Meşginşəhrdə / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan şəhərlərində təhsil müəssisələrinin açılış günü ərəfəsində başlayan mədəni tədbirlər davam etməkdədir.

 

Məlumata görə, Meşginşəhrdə (Xiyav) yeni dərs ilinin başlaması münasibəti ilə şagirdlərə türk dilində kitablar hədiyyə edilib.

 

“Hər bir azərbaycanlı şagird üçün türk dilində bir kitab” şüarı ilə başladılan kampaniya məktəblərin önündə meşginşəhrli fəallar tərəfindən həyata keçirilib. Bu kampaniya Ərdəbil şəhərində sentyabrın 23-dən başlayaraq günümüzə qədər davam etməkdədir.

 

Fəallar kitab paylamaqla yanaşı uşaqlar və ətrafdakı digər soydaşlarımıza ana dilində təhsilin əhəmiyyəti və İranda Azərbaycan türk millətinin milli kimliyi və ədəbiyyatına qarşı təzyiqləri şərh ediblər.

 

Azərbaycan Milli Hərəkatı fəaliyyəti müddətində mədəni tədbirlərin gücünə inanaraq hər zaman dinc mübarizənin tərəfdarı olub, Güney Azərbaycan şəhərlərində ana dilində təhsillə bağlı həyata keçirilən tədbirlər mədəni mübarizənin bariz nümunəsidir.

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar