SON XƏBƏRLƏR

Milli puldan sıfırların silinməsi İran iqtisadiyyatının yarasına mərhəm olacaqmı?- FOTO

2021.10.20, 07:36
Milli puldan sıfırların silinməsi İran iqtisadiyyatının yarasına mərhəm olacaqmı?- FOTO

Gunaz.tv

GünAz TV: Prezident Həsən Ruhaninin milli pul vahidlərindən 4 sıfırın silinməsiylə bağlı qərarı qəbul etməsindən sonra onun təsdiqlənmək üçün bu yaxınlarda Milli Məclisin müzakirəsinə çıxarılacağı gözlənilir.

 

İranın milli pul vahidindən 4 sıfırın silinməsi və tümənin milli pul vahidinə çevrilməsiylə bağlı təklifi hökumətə cari ilin yanvarın 5-də Milli Bankının yeni sədri Əbdülnasir Himməti irəli sürmüşdü.

 

 

Belə təklif İran İslam Respublikası siyasi sisteminin tarixində əvvəllər də irəli sürülüb. Məsələn Əli Əkbər Haşimi Rəfsəncani ikinci prezidentliyi dövründə (1993-1997) riyalın öz dəyərini kəskin itirməsindən sonra dəfələrlə riyalın sıfırlarının silinməsi məsələsi müzakirə edilmişdi. Hətta Mahmud Əhmədinejadın prezidentliyinin 2-ci dövründə (2009-2013) Mərkəzi Bank sədr Mahmud Bəhmənin başçılığıyla bu mövzuda xalq arasında sorğu keçirmək üçün sayt da işə salmışdı.

 

Milli pul vahidlərindən sıfırların silinməsi siyasəti likvidliyin (nəğdinəgi) və inflyasiyanın yüksəlməsiylə, müntəzəm olaraq pulun dəyərdən düşməsi və nəticədə onun sıfırlarının artmasından sonra həyata keçirilir. Braziliya, Argentina, Ukrayna, Boliviya, Azərbaycan Respublikası, Türkiyə və bir neçə digər ölkə sıfırları silməklə, milli pul vahidlərinin adını dəyişdirən ölkələr sırasındadır.

 

Hazırda əsas sual doğuran məsələ budur ki, əgər riyaldan 4 sıfırın silinməsiylə bağlı qərar icra edilsə, o zaman ölkə istehsalatında durğunluq, işsizlik və bahalaşma həll ediləcək? Bu suala cavab vermədən öncə görüləcək işin yalnız sıfırların silinməsi olduğuna və ya digər struktur islahatlarının ondan öncə və ya onunla eyni zamanda aparılıb-aparılmayacağına baxmaq lazımdır.

 

Sıfırların silinməsi alış verişi və insanların öz üzərilərində pul daşıması işini rahatlaşdırmaqla yanaşı, dövlətin əskinas çapına sərf etdiyi vəsaitlərdə də qənaət etməsinə yol açacaq.

 

Puldan sıfırların silinməsi təklikdə iqtisadiyyatın yaralarına mərhəm olmayacaq. Bu addım likvidlik həcmi və bahalıq səviyyəsini aşağı göstərsə də, bu dəyişiklik yalnız görünüşdə belə olacaq və iqtisadiyyatdakı mövcud problemləri aradan qaldırmayacaq. Buna misal kimi Argentina və Braziliyanı göstərmək olar. Onların öz pullarından sıfırları silməsinə baxmayaraq, köklü işlər aparmadığından, hələ də bu ölkələrdə inflyasiya və bahalığın həddi kifayət qədər yüksəkdir.

 

Struktur islahatları aparmadan sıfır silmək və milli pul vahidinin adını dəyişdirmək nəinki müsbət nəticə bəxş etməyəcək, əksinə sıfırlar yenidən milli pula qayıdacaq və riyalın inflyasiya həddinin artması və dəyərini itirməsi prosesini daha da sürətləndirəcək. Məsələn 2006, 2008 və 2009-cu illərdə Konqo Demokratik Respublikasından milli puldan sıfırların silinməsi nə istehsaldakı problem, nə də inflyasiya kəskin həddini həll edə bilmədi. Hətta bir müddətdən sonra bahalaşma əvvəlkindən də sürətlə davam etməyə başladı.

 

Struktur islahatları baş tutmazsa, puldan sıfırların silinməsinin yaratdığı psixoloji impuls tezliklə aradan qalxacaq və xalq islahatların mümkünlüyünə olan inamını itirəcək. Bu isə o deməkdir ki, gələcəkdə hətta doğru islahatlar həyata keçirilsə belə, insanlar daha ona inanmayacaqlar.

 

 

2018-ci ilin yayında Venesuelada Nikolas Maduronun heç bir iqtisadi islahat keçirmədən, milli pul vahidlərindən 5 sıfırın silinməsiylə bağlı verdiyi qərarı buna missal kimi göstərmək olar. Struktur və iqtisadi islahatlar olmadığından, tezliklə ölkədə inflyasiya həddi yenidən nəzarətdən çıxmağa başlamışdı. Beynəlxalq Valyuta Fondunun təxminlərinə əsasən, hazırda Venesuelada inflyasiya həddi 10 milyon faizdir.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar