Minu Mohrəz: “Vəziyyət xarabdır, vaksinasiya işində çox geri qalmışıq”

2021-07-19 15:10

İranda Koronavirusla Mübarizə Milli Qərargahın elmi komitəsinin üzvü Minu Mohrəz bu gün mediaya açıqlamasında ölkədə koronavirusla bağlı son durumdan və vaksinasiya işinin ləngidilməsindən danışıb.

Gunaz.tv Quote | Gunaz article

Koronavirusun mutasiyaya uğramış Hindistan mənşəli “Delta” versiyasının sürətlə yayılmaqda olduğunu vurğulayan Minu Mohrəz deyib ki, vəiziyyət belə davam edərsə ölkənin durumu daha da ağırlaşacaq.


“Təəssüflər olsun ki, hazırda ölkədə yoluxucu xəstəliklə bağlı vəziyyət xarabdır. Koronavirusla Mübarizə Milli Qərargah xəstəliyin yayılmasının qarşısını almaq üçün qadağalar və məhdudiyyətlər tətbiq etsə də, qoyulan qadağalara nə dərəcədə riayət olunub-olunmamasına hər hansı bir nəzarət yoxdur. 


Biz vaksinasiya işində çox geri qalmışıq. Hesab edirəm ki, biz proqramla hərəkət etməli, vaksinasiya işini sürətləndirməliyik. Ümid edirəm ki, biz tezliklə vaksinasiya prosesini biləcəyik. Çünki vaksinlərin vurulması xəstəliyin digər variantları qarşısında ölüm hallarının artmasının qarşısını alır.


Mənim isə ölkə vətəndaşlarından xahişim odur ki, hətta vaksin vurandan sonra da yenə maska taxmağı unutmasınlar, başqalarından ara məsafə saxlasınlar, əllərini tez-tez sabunla yusunlar və insanların sıx toplaşdığı yerlərdən uzaq gəzsinlər. 


Bir daha təkrar edib bildirirəm ki, vəziyyət çox xarabdır. Koronavirusun “Delta” variantı son dərəcə yoluxdurucudur. Əgər bir ailənin içində bir nəfər bu xəstliyə yoluxursa, demək ki, o ailənin bütün üzvləri, azyaşlı uşaqlardan tutmuş yaşlı nənə-babalara qədər hamısı bu xəstəliyə yoluxub və onların hamısı birlikdə tibb mərkəzlərinə müraciət etməli, həkimin nəzarətindən keçməlidirlər.
 

Şəxsən mən ruhi baxımdan tənəffüs yollarında ciddi problemlə üz-üzə qalan bu qədər xəstə insanı görməkdən yorulmuşam və hesab edirəm ki, bu proses indiki mivalla davam etsə, bizi daha ağır və çətin günlər gözləyəcək”, -deyə İranda Koronavirusla Mübarizə Milli Qərargahın elmi komitəsinin üzvü Minu Mohrəz bildirib. 

CDHD concerned over increase of Delta COVID variant

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycan polisi qondarma “bayrağ”ı süngü ilə qazıdı - VİDEO

2021-09-17

gun az article

Qlobal istiləşmə bəşəriyyəti qarşısıalınmaz fəlakətə yaxınlaşdırır- BMT-dən hesabat

2021-09-17

gun az article

Ərdoğan: “Türkiyə qədər faciələr qarşısında prinsipial davranan ikinci bir ölkə yoxdur”

2021-09-17

gun az article

Dövlət Xidməti: "Azad olunan ərazilərdəki tarix-mədəniyyət abidələrinin reyestri yaradılacaq"

2021-09-17

gun az article

Azərbaycanda son sutkada 1770 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

2021-09-17

gun az article

Azərbaycanın rayonlarına dolu düşüb, şimşək çaxıb

2021-09-17

gun az article

Deputatlar azad edilmiş ərazilərdəki ekoloji vəziyyəti təhlil edəcəklər

2021-09-17

gun az article

Kölndə Azərbaycan dilinin tədrisinə başlanılıb

2021-09-17

gun az article

Səid Xətibzadə: “Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları İran məxsusdur”

2021-09-17

gun az article

Şuşada qəzaya düşən hərbçi vəfat edib

2021-09-17

gun az article

“Arşın mal alan” Çində çin dilində tamaşaya qoyulub – VİDEO

2021-09-17

gun az article

İran rəsmən Şanxay Əməkdaşlıq Təşkilatına üzv seçilib

2021-09-17

gun az article

Ceyhun Bayramov: "Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir"

2021-09-17

gun az article

Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyi təqdim edilib

2021-09-17

gun az article

İran rəsmisi: “Ərak ağır su reaktoru ən qısa zamanda istifadəyə hazır olmalıdır”

2021-09-17

gun az article

"Son hadisələr İranla Ermənistanın birgə oyunudur, aramıza nifaq salmaq istəyirlər”- Araz Obalı

2021-09-17

gun az article

İranın Rəcayişəhr zindanında daha 5 məhkum edam edilib.

2021-09-17

gun az article

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdama gedir

2021-09-17

gun az article

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü Ağrıdağa yürüşlə qeyd edilib

2021-09-17

gun az article

İran rəsmisi: “İbrahim Rəisi BMT-nin Baş Assambleyasında çıxış edəcək”

2021-09-17