SON XƏBƏRLƏR

Miqrant beynəlmiləli.Moskvadakı azərbaycanlılar, gürcülər, dağıstanlılar, özbəklər, ermənilər və digərləri yerli "dazbaş"lara qarşı birgə müqavimət göstərirlər

2021.10.20, 07:36
Miqrant beynəlmiləli.Moskvadakı azərbaycanlılar, gürcülər, dağıstanlılar, özbəklər, ermənilər və digərləri yerli "dazbaş"lara qarşı birgə müqavimət göstərirlər

Gunaz.tv
Miqrant beynəlmiləli Moskvadakı azərbaycanlılar, gürcülər, dağıstanlılar, özbəklər, ermənilər və digərləri yerli "dazbaş"lara qarşı birgə müqavimət göstərirlər. "Fanatlar bizim rayondan deyildilər. Onlarla döyüşənlərin arasında bizimkilər də vardı. Azərbaycanlılar, gürcülər, dağıstanlılar, çeçenlərlə birlikdə vuruşurdular. Qarabağ məsələsinə görə azərbaycanlılarla orada düşmənik. Burada isə hamımız bir yerdəyik. Axı nə qədər olar?! "Dazbaş"lar canımızı boğaza yığıb". ... Moskvanın Lyublino rayonunda yaşayan 16 yaşlı Aşot Manuçaryanın dediyinə görə, yerli millətçilər, funt fanatları və "dazbaş"lara qarşı bütün miqrantlar birləşməyə başlayıblar. Və bu "miqrant beynəlmiləl"ində artıq azərbaycanlı və erməni arasında düşmənçilik müvəqqəti unudulur. Rusiya paytaxtında bir qrup qafqazlı ilə rus gənclər arasında iyunun 2-də baş vermiş qanlı davanın təfərrüatları indi bəlli olur. Maryinoda başlayan, sonra da Lyublinoda davam edən və hər tərəfdən 100-120 nəfərin qatıldığı "divar divara" davasında 5 nəfər bıçaq və güllə yaraları almışdı. Moskva Şəhər Daxili İşlər İdarəsi hadisəni "məişət zəminindəki xuliqanlıq" kimi qələmə verir: "Dalaşanlar məhəllə futbol komandaları idi. Münaqişənin səbəbi isə yerli məktəbli qızlardan biri olub". Lakin belə deyil. "Əvvəlcə Lyublinodakı futbol meydançasında 100 nəfər dalaşdı: "qafqazlılar" slavyanlara qarşı. Yç gün sonra Maneжnayada yenə dava oldu. Burada 30 nəfər dalaşmışdı. Daha üç gün sonra isə metronun "Babuşkinskaya" stansiyasının qarşısında dava oldu, hər tərəfdən 50 nəfər vuruşdu. "Qaralar" artıq birləşməyə başlayıblar. Məsələn, əvvəllər özbəklər, azərbaycanlılar və azərbaycanlılar ayrı idilərsə, indi bizə qarşı birlikdə dururlar", - Rusiyanın ən radikal millətçi təşkilatlarından biri sayılan "Qanunsuz Miqrasiyaya Qarşı Hərəkat"ın (DPNİ) Lyublinodakı yeli bölməsinin rəhbəri Fyodr Korneyev bildirib. Lyublinodakı Stavropolskoe küçəsi, 5 ünvandakı evin arxasındakı futbol meydançasıdakı davanın isə hansısa "yerli məktəbli qız"la heç bir əlaqəsi yoxdur. 919 saylı orta məktəbin direktoru Tamara Rayevskaya milisin bu rəsmi versiyasını gülməli hesab edir. "Əgər belə olsaydı, mütləq xəbərim olardı. Hər halda yetkinlik yaşına çatmamışlarla iş üzrə müfəttişlikdən gələnlərin əlindən tərpənmək olmazdı. Yox, davanın məişət zəminində xuliqanlıqla heç bir əlaqəsi yoxdur", - T.Rayevskaya söylədi. Moskva Dövlət İdarəetmə Universitetində təhsil alan azərbaycanlı tələbələr Alim və Cəfərin sözlərinə görəsə, ilk dava "Namanqan" restoranında olub: "Bu davalar seriyası oradan başlayıb". İlkin məlumatlara görə, qafqazlı miqrantlara hücum edənlər Moskvanın MOİK futbol klubunun fanatları, "Galant Steeds" qruplaşmasının üzvləri, habelə "Qanunsuz Miqrasiyaya Qarşı Hərəkat", "Rusiya Milli Birliyi" və "Ağ Hərəkat"ın təmsilçiləri olublar. Moskvadakı diaspor təşkilatlarından olan "Qafqaz Xalqlarının Rusiya Konqresi" isə artıq "dazbaş"larla mübarizə taktikasını da hazırlayıb. "Qafqazlı miqrantın hüquqları pozulanda bizimlə əlaqə saxlayır, problemini deyir. Biz də hadisə yerinə gedərək problemi həll etməyə çalışır, miqrantın hüquqlarını müdafiə edirik. Bir sözlə, miqrantları hüquq-mühafizə orqanları ilə yanaşı, millətçi və ksenofobların da hücumlarından qoruyuruq", - 1990-cı illərdə Moskva milisində işləmiş inquş Maqomed Yandiyev deyir. Onun sözlərinə görə, Konqresin qərargahında hüquqi və analitika şöbələri ilə yanaşı, "fiziki müdafiə" qrupu da var. Bu qrupun tərkibində güləşçi, boksçular və digər idmançılardan ibarət 1000-ə yaxın fəal var ki, onların 500 nəfəri Moskvadadır. Həsən AĞACAN express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar