SON XƏBƏRLƏR

Misirdə Əl-Baradeyi inqilaba rəhbərliyə başladı

2021.10.20, 07:36
Misirdə Əl-Baradeyi inqilaba rəhbərliyə başladı

Gunaz.tv

GünAzTv: Dövlət başçısını «xalqın iradəsinə qarşı çıxmamağa» çağıran əl-Baradeyi ondan nümayişçilərə güc tətbiq etməməsini və istefa verməsini tələb edib.

Misirdə günlərdir hökumət əleyhinə nümayişlər keçirən müxalifət Atom Enerjisi üzrə Beynəlxalq Agentiliyin (AEBA) sabiq rəhbəri Məhəmməd əl-Baradeyini özünə lider seçib. Milli.Az xəbər portalının CNN-ə istinadən verdiyi məlumata görə, o, kütlədən hökumətlə danışıqlar aparmaq səlahiyyəti aldığını söyləyib. Baradeyiyə milli birlik hökumətinin yaradılması üçün ölkə rəhbərliyilə danışıqlar aparmaq hüququ verilib. Əl-Baradeyi müvəqqəti hökuməti formalaşdırmağa hazır olduğunu da bəyan edib. Artıq o, prezident Hüsnü Mübarəkin istefasını tələb edən müxalifət qüvvələrinin qərargahına rəhbərliyə də başlayıb. Dövlət başçısını «xalqın iradəsinə qarşı çıxmamağa» çağıran əl-Baradeyi ondan nümayişçilərə güc tətbiq etməməsini və istefa verməsini tələb edib.

68 yaşlı Baradeyi 1962-ci ildə Qahirə Universitetini bitirib, 1974-cü ildə isə Nyu-York Universitetinin hüquq fakültəsində beynəlxalq hüquq üzrə dissertasiya müdafiə edib. O, diplomat karyerasına 1964-cü ildə Misirin Xarici İşlər Nazirliyində başlayıb. Misirin BMT (Sazemane Meləle Mottəhed), Nyu-York və Cenevrədəki daimi nümayəndəliklərində işləyib. 1980-ci ildə BMT-nin Təhsil və elmi-tədqiqat Universitetində böyük elmi işçi vəzifəsinə təyin olunub və Beynəlxalq hüquq proqramını kurasiya edib.

1984-cı ildən əl-Baradeyi AEBA-nın katibliyində rəhbər vəzifələr tutub. Qurumun baş direktoru vəzifəsinə isə 1997-ci ildə seçilib. 2001-ci ildə təkrarən bu postu tutub. Bu işdə o, özünü etibarlı rəhbər kimi göstərib. AEBA-ya rəhbərlik etdiyi dövrdə qurumda heç bir mənfi hallar, korrupsiya və ya digər pozuntularla bağlı məlumatlar yayılmayıb. Əl-Baradeyi AEBA-nın bütün üzvlərilə normal münasibət saxlaya bilib. Yalnız ABŞ-la (Amerika Birləşmiş Ştatları) müəyyən ziddiyyətlər olub.

 

2005-ci ildə əl-Baradeyi Nobel sülh mükafatına layiq görülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar