SON XƏBƏRLƏR

Misirdə İrana casusluq edən dəstə üzvlərinə 15 il həbs hökmü oxunub

2021.10.20, 07:36
Misirdə İrana casusluq edən dəstə üzvlərinə 15 il həbs hökmü oxunub

Gunaz.tv

GünAz TV: İyulun 7-də Misirdə keçirilmiş məhkəmə iclasında İrana casusluq edən şəbəkə üzvlərinə 15 il həbs cəzası verilib.

 

Məhkəmənin qərarına əsasən, 6 nəfərdən ibarət dəstənin hər bir üzvü 15 il həbs cəzası və 500 min Misir pundu cəriməsinə məhkum ediliblər.

 

Barələrində həbs çıxarılmış şəxslərdən yalnız 1-i həbs edilib. Digər 5 nəfər axtarışdadır və onların hökmü qiyabi formada çıxarılıb.

 

Bu şəxslər 2012-ci ildən 2016-cı ilin aprelinə qədər “Sepah” terror təşkilatına casusluq ediblər. Onlar aldıqları təlimata əsasən, Misirin daxili vəziyyəti ilə bağlı kəşfiyyat məlumatlarını İrana ötürüblər, eləcə də ölkədə İrana bağlı qruplaşmalar yaratmaq üçün digər insanları öz fəaliyyətlərinə cəlb etmək istiqamətində işlər aparıblar. Bunun üçün dəstə üzvləri “Sepah”dan külli miqdarda pul alıblar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar