SON XƏBƏRLƏR

Misirin keçmiş prezidenti məhkəmə salonunda dünyasını dəyişib

2021.10.20, 07:36
Misirin keçmiş prezidenti məhkəmə salonunda dünyasını dəyişib

Gunaz.tv

GünAz TV: Misirin demokratik seçkilərlə seçilən ilk prezidenti Məhəmməd Mürsi məhkəmə salonunda dünyasını dəyişib.

 

Misir mediyasının yaydığı xəbərə əsasən, 68 yaşlı keçmiş prezident məhkəmədə çıxış edib və məhkəmə prosesi başa çatdıqdan sonra dünyasını dəyişib.

 

Ölkənin baş prokuroru Nabel Sadıqın sözlərinə görə, Mursi iclaslararası fasilə zamanı dəmir qəfəsin içində yıxılıb və huşunu itirib. Bundan bir neçə dəqiqə əvvəl keçmiş prezident hakim qarşısında beş dəqiqəlik çıxış edib.

 

Huşunu itirdikdən sonra eks-prezident təcili xəstəxanaya çatdırılıb və onun ölümü də orada qeydə alınıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar