SON XƏBƏRLƏR

Morqan Ortaqus: "Amerikanın İran sanksiyalarını ləğv etmək planı yoxdur"

2021.10.20, 07:36
Morqan Ortaqus: "Amerikanın İran sanksiyalarını ləğv etmək planı yoxdur"

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus ölkəsinin İrana qarşı qəbul etdiyi sanksiyaları koronavirus səbəbindən azaltmaqla bağlı heç bir planının olmadığını deyib.

 

O, maksimum təzyiq siyasətinin davam etdiyini rəsmi Tehranın öz rəftarlarını dəyişmədikcə və yeni müzakirələrə başlamadığı müddət ərzində sanksiyaların ləğv edilməyəcəyini qeyd edib.

 

Sözçü İranın müzakirə masasına oturacağı və yeni razılaşma əldə etmək üçün danışıqlara başlayacağı təqdirdə, sanksiyaların ləğv edilə biləcəyini bildirib.

 

Morqan Ortaqus rəsmi Vaşinqtonun qəbul etdiyi sanksiyaların İrana koronavirusla bağlı humanitar yardım göstərməyə əngəl olmadığını bir daha vurğulayaraq, ölkəsinin də bu xüsusda rəsmi Tehrana təklif etdiyi yardımın hələ də qüvvədə olduğunu vurğulayıb.

 

Morqan Ortaqus sonda ABŞ-ın İraqa İrandan qaz və elektrik enerjisi alışı sahəsində tanıdığı güzəşt hüququnu daha 1 ay müddətinə uzatdığını bəyan edib. 

 

Qeyd etmək lazımdır ki, İran sanksiyaların koronavirusla mübarizəsinə mənfi təsir göstərdiyini iddia edir. Buna rəğmən, Sərhədsiz Həkimlər Təşkilatının İrana göndərdiyi mütəxəssislər briqadasını "xarici yardımlara ehtiyac olmadığını" əsas gətirərək, ölkədən çıxarır və ABŞ-ın təklif etdiyi humanitar yardımları qəbul etmir. Bu isə İranın koronavirusdan öz siyasi ambisiyaları üçün istifadə etməyə çalışdığı bir daha nümayiş etdirir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar