SON XƏBƏRLƏR

Morqan Ortaqus: “İran rəsmiləri kiminlə əlaqə saxlayacaqlarını yaxşı bilirlər. Prezident Tramp onların zəngini gözləyir”

2021.10.20, 07:36
Morqan Ortaqus: “İran rəsmiləri kiminlə əlaqə saxlayacaqlarını yaxşı bilirlər. Prezident Tramp onların zəngini gözləyir”

Gunaz.tv

GünazTV: Amerika Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus avqustun 9-da jurnalistlərə açıqlamasında İranla mümkün müzakirələrdən danışıb.

 

O deyib ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp İran rəhbərlərinin onunla əlaqə saxlayacağına əmindir: “Biz İranın konkret hansısa bir rəsmisi ilə danışıqlar aparmaq istədiyimizi deməmişik. Bizim İran lideri ayətullah Xamneyidən, prezident Həsən Ruhanidən və ümumiyyətlə İran rejimindən istəyimiz odur ki, regionu necə bir qorxu və dəhşətə salmaları haqqında tam düşünsünlər və bu kimi əməlləri dayandırmağı nəzərə alsınlar.

 

Əgər İran rəhbərləri normal və adi bir ölkə kimi necə rəftar edə bilmək mövzusunda, beynəlxalq birliyə necə qayıda bilmək və sanksiyaları hansı yollarla aradan qaldırmaq barədə danışmaq istəsələr, kiminlə əlaqə saxlayacaqlarını yaxşı bilirlər. Prezident Tramp onların zəngini gözləyir” –deyə Amerika Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus əlavə edib.

 

Qeyd edək ki, son aylar İranın körfəzdə neft daşıyan beynəlxalq gəmiləri təhdidinin artmasından, bir neçə neft tankerini saxlamasından və İranın Amerikaya məxsus pilotsuz uçan bir aparatını vurub salmasından sonra Vaşinqtonla Tehran arasında yaşanan çaxnaşma xeyli dərəcədə şiddətlənib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar