SON XƏBƏRLƏR

Morqan Ortaqus: “İran xalqı yenidən rejimin səriştəsizliyi və yalan danışması ilə üz-üzə qalıblar”

2021.10.20, 07:36
Morqan Ortaqus: “İran xalqı yenidən rejimin səriştəsizliyi və yalan danışması ilə üz-üzə qalıblar”

Gunaz.tv

GünazTV: Amerika Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus martın 6-da “Fox News” telekanalına açıqlamasında İranda sürətlə yayılmaqda olan koronavirisdan və rəsmi Tehranın xəstəliyin miqyası barədə şəffaf davranmamasından danışıb.

 

O deyib ki, İran rejimi ölkə səmasında vurulan Ukraynanın sərnişin təyyarəsi ilə bağlı həqiqətləri ört-basdır etdiyi kimi, hazırda da koronavirusla bağlı ölkədə baş verən faciənin dəhşətli miqyasını xalqdan gizlətməyə çalışır: “Təəssüflər olsun ki, İran xalqı virusun yayılması ilə bağlı yenidən rejimin səriştəsizliyi və yalan danışması ilə üz-üzə qalıblar.

 

Rejimin öz adamlarından bir neçəsinin koronavirusa yoluxmasına baxmayaraq, İran hakimiyyəti məsələ ilə bağlı yenə şəffaf davranmır. İran rejimi “Sepah” raketləri ilə vurulan Ukraynanın sərnişin təyyarəsi ilə bağlı həqiqətləri ictimsiyyətə açıqlamaqdan boyun qaçırdığı kimi, indi də ölkə əhalisini həqiqətdən yayındıraraq, hakimiyyət rəhbərlərinin səriştəsizliyini xalqdan gizlətməyə çalışır” -deyə, ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus cümə günü “Fox News” telekanalına açıqlamasında bəyan edib.

 

 

 

Xatırladaq ki, İran Səhiyyə Nazirliyi martın 6-da bəyanat yayaraq, ölkədə virusdan ölənlərin sayının 124-ə, yoluxanların sayının 4 min 747 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərində çalışan qeyri-rəsmi mənbələr, virusdan ölənlərin və yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.

 

Həmin mənbələrin dediyinə görə, İran rejimi ölənlərin sayını azaltmaqla, virusla mübarizədə öz səriştəsizliyini və ölkədə baş verən insani faciənin dəhşətli miqyasını xalqdan və cəmiyyətdən gizlətməyə çalışır.

 

A.M

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar