SON XƏBƏRLƏR

Moskva irəvanla daha bir hərbi saziş bağladı

2021.10.20, 07:36
Moskva irəvanla daha bir hərbi saziş bağladı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Moskva və irəvan hərbi əhəmiyyətli məhsulların ixracı sahəsində əməkdaşlıq edəcəklər. İrəvanda Ermənistan və Rusiya hökumətləri arasında hərbi əhəmiyyətli məhsulların ixracı sahəsində əməkdaşlışla bağlı razılaşma imzalanıb. Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Seyran Şahsuvaryan verib. Onun sözlərinə görə, sazişin imzalanması hərbi-texniki əməkdaşlıqla bağlı Ermənistan-Rusiya hökumətlərarası komissiyasının İrəvanda dekabrın 14-dən 17-dək keçirilmiş iclası nəticəsində baş tutub. Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib ki, sazişin imzalanması Ermənistan və Rusiya arasında hərbi əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacaq. Onun fikrincə, bu, hər iki ölkə silahlı qüvvələrinin təhlükəsizliyinin möhkəmləndirilməsi üçün də əhəmiyyətlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar