SON XƏBƏRLƏR

Moskvada milli zəmində gərginlik davam edir

2021.10.20, 07:36
Moskvada milli zəmində gərginlik davam edir

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, Rusiyanın paytaxtı Moskvada hələ də gərgin vəziyyət hökm sürür.

Qeyri-millətlərə hücumlar barədə demək olar ki, hər gün müxtəlif xəbərlər yayılır. Bu gün səhər Asiya əsilli bir şəxsin meydi tapılıb. Onun bədənində çoxsaylı bıçaq zərbələrinin olduğu bildirilir. Lakin Rusiya rəhbərliyi ölkə ərazisində Manej meydanındakı hadisələrin bir daha təkrarlanmasına imkan verməməkdə qərarlıdır.Moskva meri Sergey Sobyanin paytaxt hökumətinin iclasında bildirib ki, bunun üçün xüsusi koordinasiya şurası yaradılıb. Şuranın tərkibinə prokurorluq, daxili işlər və digər idarələrin təmsilçiləri daxildir. Moskva meri vurğulayıb ki, paytaxtda sabit vəziyyəti pozmağı hədəf götürən istənilən  cəhdin qarşısı ən sərt şəkildə alınacaq. O deyib: “Qanunun pozulmasına, xüsusilə təzyiqə və qarşıdurmaya təhrik edən istənilən addımın qarşısı sərt şəikldə alınacaq. Əgər kimsə hesab edir ki, ona şəhərdə istədiyini etməyə-döyəməyə, öldürməyə, azğınlıq etməyə imkan veriləcək, həmin şəxs çox yanılır. Moskvada asayiş təmin olunmalıdır.” Qeyd edək ki, Manej meydanındakı hadisələr bu gün İctimai Palatada da müzakirə olunacaq. Ekspertlər, siyasətçilər, hüquq mühafizə orqanı, qeyri-hökumət təşkitlatlarının üzvləri gələcəkdə belə hadisələrin qarşısının alınması yollarına dair fikir mübadiləsi aparacaq. Rusiya  Qafqaz xalqları konqresi isə futbol azarkeşlərinə qarşı təhriklərə imkan verilməyəcəyini açıqlayıb. Konqresin idarətemə komitəsi bildirir ki, qafqazlılarla futbol azarkeşləri arasında yeni qarşıdurmaların baş verməməsi üçün bütün lazımi tədbirlər görüləcək. Bu istiqamətdə güc strukturları ilə əməkdaşlıq ediləcək. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar