SON XƏBƏRLƏR

Müctəba Zolnur Bəşər Əsədlə görüşüb

2021.10.20, 07:36
Müctəba Zolnur Bəşər Əsədlə görüşüb

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctəba Zolnur Dəməşqdə Suriya rejiminin prezidenti Bəşər Əsədlə görüşüb.

 

O, görüş zamanı Qərb əleyhinə fikirlər səsləndirərək, Bəşər Əsədi “diplomatiya sahəsində və döyüş meydanında əldə etdiyi uğulara” görə təbrik edib. Zolnur nəzərdə tutduğu “uğurlar”ın nələrdən ibarət olduğunu açıqlamayıb.

 

Zolnur İran və Suriyanı “dost ölkələr” adlandırıb, rəsmi Tehran və Dəməşqin İsrail kimi “ortaq düşmənlər”ə qarşı hər zaman mübarizə apardığını deyib.

 

O, rəsmi Tehranın Suriya ilə ticari və digər sahələrdə olan əlaqələri daha da gücləndirmək istədiyini, eləcə də bu ölkənin vətəndaş müharibəsi nəticəsində dağılmış infrastrukturunun İran tərəfindən bərpa edilməsi üçün lazım olan işlərin başladılmasını istədiyini deyib.

 

Görüş zamanı Əsəd də öz xalqına qarşı apardığı müharibədə ona hər cür dəstək olan İrana təşəkkür edib və tərəflər arasında münasibətlərin daha da güclənməsini istədiyini deyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar