SON XƏBƏRLƏR

Müəllimi tərəfindən döyülən həmədanlı şagird bədən xəsarətləri alıb

2021.10.20, 07:36
Müəllimi tərəfindən döyülən həmədanlı şagird bədən xəsarətləri alıb

Gunaz.tv

GünAz TV: Həmədanda 7-ci sinif şagirdi naməlum səbəbdən müəllimi tərəfindən döyülüb.

 

Məlumata görə, Həmədanın şəhid Əsili məktəbinin şagirdi olan Əli Vərməzyarın aldığı zərbələrdən sol əli yaralanıb.

 

Şagird çərşənbə günü ilkin tibbi yardım göstərilməsi üçün Həmədanın Besət Xəstəxanasına aparılıb, məhz bu zaman jurnalistlər hadisədən xəbərdar olub.

 

Şagirdin valdeyinləri məktəbdə övladları ilə daha pis rəftar olunmasından çəkinərək jurnalistlərə müsahibə vermək istəməyib. Lakin onlar jurnalistlərin israrından sonra yanvarın 25-də hadisə barəsində danışıblar.

 

Bundan daha pis hadisə yanvarın 24-də Qəzvin şəhərində baş vermişdir. Məktəblərin birində təhsil alan 7-ci sinif şagirdi məktəb müdiri tərəfindən şiddətli şəkildə döyülüb. Şagird aldığı zərbələrdən huşunu itirərək xəstəxanalıq olub.

 

İranda məktəblərdə şagirdlərin müəllim və ya məktəb müdiri tərəfindən döyülməsi faktlarına tez-tez rast gəlinir. Döyülən şagirdlərin şikayətinə əksər hallarda doğru-düzgün baxılmır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar